Icma.az
close
up
RU
Seyid Həsən Ameli söylədiklərinə görə üzr istəməlidir DEPUTAT

Seyid Həsən Ameli söylədiklərinə görə üzr istəməlidir DEPUTAT

Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.

"29 dekabr 2024-cü il tarixində Ərdəbildə İranın Ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imam cüməsi Seyid Həsən Amelinin iştirak etdiyi və İranın Radio və Televiziya Təşkilatının "Xəbər Şəbəkəsi" kanalında yayımlanan tədbirdə Azərbaycana və dövlət başçımıza qarşı səsləndirdiyi təhqiramiz ifadələr hər birimizdə hiddətləndirdi".

Bunu Sonxeber.Az-a danışan deputat Vüqar İskəndərov bildirib.

Deputat qeyd edib ki, iki ölkə arasındakı münasibətlərin tənzimlənməsində Azərbaycan xüsusi rol oynayır:

"Münasibətlərin gərginləşməsində səbəbkar hər zaman İran olub. İran Azərbaycana qarşı yürütdüyü siyasətlə iki ölkə arasında münasibətləri gərginləşdirməyə davam edir. Bu ölkənin yeni rəhbərliyi Azərbaycanla münasibətləri normallaşdırmaq istəyir. Bunu Məsud Pezeşkianın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə göndərdiyi məktubda və telefon danışıqlarında aydın görmək olur. Azərbaycan tərəfi Məsud Pezeşkianın bu addımlarını yüksək qiymətləndirir. Rəsmi Bakı dəfələrlə söyləyib ki, İranla hər zaman dostluq siyasətinə söykənən münasibətlərin qurulmasında maraqlıdır. Bu həm də regionda daimi sülhün təmin olunması üçün vacibdir".

Deputat vurğulayıb ki, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin Seyid Həsən Amelinin söylədiklərini təkzib etməsi, onun söylədiklərinin İran hökumətinin rəsmi mövqe ilə heç bir əlaqəsi yoxdur deməsi və Azərbaycanla münasibətlərin normal olmasını bildirməsi dediklərimizin bariz nümunəsidir:

"Düşürəm ki, rəsmi Tehran da Azərbaycan-İran arasındakı münasibətləri normallaşdırılmasında maraqlıdır. Bu baxımdan hesab edirəm ki, Seyid Həsən Amelinin də ölkəmizə qarşı səsləndirdiyi fikirlər rəsmi İran tərəfindən də qınanılacaq. Onun kimi danışığından xəbəri olmayan və səsləndirdiyi fikirləri dərk etməyən insanların İran Ali rəhbərliyinin nümayəndəsi olması doğru deyil. Çünki Ameli kimi şəxslərin səsləndirdiyi sərsəm fikirləri hökumət nümayəndələri təkzib etməli olurlar. Biz düşünürük ki, Ameli söylədiklərinə görə üzr istəməlidir. Hər hansı fikir səsləndirmədən öncə düşünməlidir. Azərbaycan tərəfi bununla bağlı öz etirazını bildirib. İran Xarici İşlər Nazirliyinin nümayəndəsinin operativ reaksiya verməsi iki ölkə arasında münasibətlərin normallaşmasına kömək edəcək. İran da Azərbaycan kimi iki ölkə arasındakı dostluq əlaqələrinə hörmətlə yanaşmalı, hökumət tərəfindən anti-Azərbaycan əhvali-ruhiyyəsi ciddi şəkildə qızışdıranalara qarşı ciddi tədbirlər görməlidir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 04 Yanvar 2025 20:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri