Seymur Orucov Qurban Həmidoğlunun yas mərasimində iştirak edib FOTOLAR
Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan Yazıçılar Birliyinin və Ağstafa Rayon Ağsaqqallar Şurasının üzvü, Ağstafa rayonunun ictimai-mədəni həyatında hər zaman fəallığı ilə seçilən qocaman şair Qurban Həmidoğlu 78 yaşında vəfat edib.
"Unikal" xəbər verir ki, vəfatı ilə əlaqədar şairin Ağstafa şəhərində yaşadığı ünvanda keçirilən mərasimdə, o cümlədən Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məsul şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, Nəbiyev Qurban Həmid oğlu 1947-ci ilin 30 oktyabrında Ağstafa rayonunun Muğanlı kəndində müəllim ailəsində dünyaya göz açıb. İxtisasca mühəndis olan sənət adamı ailəli idi, iki qız və bir oğul övladı vardır. “Şair niyə qocalmasın”, “Kövrək olur şair qəlbi”, “Poeziya mənim həyatımdır” və son olaraq 2021-ci ildə iki cilddən ibarət ümumilikdə beş kitabı işıq üzü görmüşdür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 15 Dekabr 2025 16:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















