Icma.az
close
up
RU
Seyran Səxavətin külliyyatı və Borxesin cənnəti

Seyran Səxavətin külliyyatı və Borxesin cənnəti

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Milli Kitabxanadakı yubiley sərgisindən kiçik qeydlərHər adamın kitablarının sərgisi keçirilir? Yox. Gərək o qədər genişspektrli yaradıcı şəxs olasan ki, bir gün yubileyində (ya da elə yubileysiz) sənin kitabların sərgilənsin.Özü də harda?! Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında.

Bu xoşbəxtlik yazışı, şair, dramaturq, tərcüməçi Seyran Səxavətə də nəsib oldu. Milli Kitabxana sərgini yazıçının 80 illik yubileyinə həsr edib. Sərgidə Seyran Səxavətin ilk kitabından başlamış son kitabına qədər bütün külliyyatı nümayiş etdirilir.

Milli Kitabxananın direktoru, əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirov çox isti, səmimi bir giriş nitqi söylədi, Seyran Səxavətə, qonaqlara "xoş gəldin" deyəndən sonra, yazıçının yaradıcılığının qısaca da olsa, təhlilini verdi. Yubilyarı təbrik elədi. Sonra da sözü Seyran Səxavətin özünə verdi.

Burda bir haşiyə çıxacam.

Erix Mariya Remak deyirdi: "Sizin məndə gördüyünüz nə varsa, sizindir. Mənimki olan sizdə gördüklərimdir".

Oxucunun Seyran Səxavətdə gördükləri oxucunundur, Seyran Səxavətə qalan isə onun oxucuda gördükləridir. Oxucu çox olduqca, yazıçı Sözün mənəvi mənasında varlıdır, zəngindir.

Seyran Səxavətin 7 romanı, onlarla hekayəsi, yüzlərlə çıxışı, minlərlə müsahibəsi, on minlərlə fikri oxucularındır artıq. Bu mənada kimin varlı, kimin kasıb olduğunu özünüz tapın.

"Varlı-kasıb" demişkən, Seyran Səxavət öz çıxışına başlayanda Kərim Tahirovu "ən zəngin adam" adlandırdı: "Çoxlu milyonerlər, milyarderlər var, ancaq Kərim müəllim hamıdan varlıdır. Çünki burda belə bir xəzinənin, bu qədər böyük mənəvi sərvətin sahibidir". Yəni çox böyük kitabxana fondunu idarə edir - "mənəvi oliqarx" da demək olar.

...Yazıçı Milli Kitabxananın rəhbərliyinə və kollektivinə təşəkkür elədi, ən məşhur sevgi şeirlərindən birini oxudu.

Kərim Tahirov daha bir şeir oxumasını istəyəndə, Seyran Səxavət özünəməxsus incə və səmimi yumor hissi ilə ortamı daha da canlandırdı: "Kərim müəllimin, deyəsən, cavanlığı yadına düşüb", dedi.

Səmimiyyətdən söz düşmüşkən, ordakı çıxışımda da dediyim kimi, Seyran Səxavətin yaradıcı sənəti həyatla çox doğmalaşıb: "Şarl Bodler deyirdi: "Sənət həyata baş əyəndə hörmətdən düşür. Seyran Səxavətin sənəti - yaradıcılığı is heç vaxt həyata baş əymədi, əksinə həyatla dostlaşdı, doğmalaşdı, dil tapdı, barışdı. Ona görə də onun əsərlərində təbiilik var, şirinlik var, dilin koloriti var".

...Seyran Səxavət özünü kitabxanadakı bu səmimi ortamın ona çox yaxşı təsir etdiyini deyirdi. Doğrusu, Seyran Səxavət kimi elə mən də özümü Luis Xorxe Borxesin "cənnətində" hiss edirdim (Borxes axirətdə bizə vəd olunan cənnəti... kitabxana kimi təsəvvür edirdi). Rey Bredberi isə deyirdi, başqaları universiteti bitirdi, "mən isə 27 yaşımda kitabxanadan məzun oldum".

Doğrudan da, fikrimcə, kitabxana da özlüyündə universitetdir. Bu mənada yazıçı Seyran Səxavətin burda sərgilənən külliyyatını da Milli Kitabxana üçün, yəni bu möhtəşəm "Universitet" üçün dəyərli " "dərslik" və "dərs vəsaiti" saymaq olar. Həm də köhnə-yeni - hər cür nəşrləri ilə birlikdə.

Bu gözəl sərgi üçün dostum, ustadım Seyran Səxavət qədər mən də Milli Kitabxanamıza minnətdaram. Çox incə düşüncədir.

Ayrıca "Seyran Səxavətə uğurlar arzulayıram" deyəcəkdim, amma sanki bu insan həyatda və yaradıcılıqda bütün uğurlarını qazanıb. Bununla belə bir gerçək var: yazıçının əvvəl yazdığı, bundan sonra da yazacağı hər əsər biz oxucuların uğurudur. Aqil adamlardan birinin sözü ilə desəm, Seyran Səxavət kimi yazıçının əsərlərini oxumaq təkcə o yazıçıya münasibət deyil ki. Hər şeydən, hər kəsdən əvvəl adamın özünün özünə münasibətidir. Yüksək talantla və zəngin zəka ilə yazılmış kitabları oxuyanda: "Gör, mən necə keyfiyyətli mətnlər oxuyuram!" deyə özünlə qürur duyursan, elə deyilmi?!

Sonda Seyran Səxavəti yubileyi və bu gözəl sərgi münasibətilə bir daha təbrik edirəm və deyirəm: "Həmişə ədəbi və insani qürur qaynağımız olaraq qalın, Ustad!"

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 29 Aprel 2026 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see389

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see361

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see306

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see285

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see281

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see274

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see263

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see256

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see255

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see240

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see230

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see228

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see225

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see222

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see220

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see216

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see215

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see211

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see211

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri