Icma.az
close
up
RU
Şeytani planı ilə Türkiyəni sarsıdan həkim: Həbsxanada intihar etdi

Şeytani planı ilə Türkiyəni sarsıdan həkim: Həbsxanada intihar etdi

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Samsunun Bafra rayonunda Kızılırmak çayına düşən avtomobildə Gülşah Karaman Kıyak (34) və oğlu Poyrazın (1) ölümü ilə bağlı “qəsdən, planlaşdırılmış adam öldürmə” maddəsi ilə həbs olunan Dr. Serdar Kıyak, saxlanıldığı Elazığdakı cəzaçəkmə müəssisəsində intihar edib.

Sherg.az xəbər verir ki, 12 sentyabrda Bafranın Asar Mahalləsi - Altınkaya bəndi yolunda saat 18:00 radələrində Serdar Kıyakın idarə etdiyi avtomobil Kızılırmak çayına düşmüşdü. Hadisə yerinə göndərilən təcili tibbi yardım, yanğınsöndürmə və jandarma əməkdaşları həkimin həyat yoldaşı Gülşah Karaman Kıyak və oğlu Alperen Poyraz Kıyakın cəsədlərini sudan çıxarmışdı. Serdar Kıyakın vəziyyətinin yaxşı olduğu bildirilmişdi. Psixiatriya üzrə assistent olan Kıyak ifadəsində həyat yoldaşı və uşağının yolda yatdığını, özünün isə naviqasiyaya baxdığı üçün idarəetməni itirdiyini söyləmişdi.

Prokurorluğun apardığı araşdırmada hadisə zamanı Dr. Kıyakın cüzdan və mobil telefonunun yanında olduğu müəyyən edilib. Şahidlər isə Kıyakın hadisə anında yol kənarında dayanaraq gözlədiyini bildiriblər. Hadisə baş verdikdən sonra onun 112-yə zəng etmədiyi də sənədləşdirilib. Qəza yerində hər hansı siqnal izinə rast gəlinmədiyi qeyd olunub.

Digər tərəfdən, Gülşah Kıyakın yaxın dostlarına göndərdiyi səsli və yazılı mesajlarda ərinin ona zərər verəcəyini, onu təhdid etdiyini dediyi müəyyən edilib. Araşdırma materiallarında Dr. Kıyakın işlədiyi xəstəxanada psixoloq D.C. ilə münasibəti olduğu, bu səbəbdən ailə daxilində tez-tez mübahisələrin yaşandığı və həkimin psixiatriya dərmanları qəbul etdiyi də qeyd olunub.

Həyat yoldaşı və övladının dəfnindən sonra “planlaşdırılaraq qəsdən adam öldürmə” ittihamı ilə saxlanılan Kıyak jandarmada susmaq hüququndan istifadə etmişdi. Məhkəmədə ziddiyyətli ifadələr verdiyi üçün 17 sentyabrda tutularaq həbs edilmişdi.

Həbsxanaya yerləşdirildikdən bir neçə gün sonra ip vasitəsilə özünü asaraq intihar etməyə cəhd edən Kıyak əvvəlcə Bafra Dövlət xəstəxanasına, daha sonra Ruh və Sinir Xəstəlikləri xəstəxanasına aparılmış, müalicəsi tamamlandıqdan sonra Elazığdakı cəzaçəkmə müəssisəsinə göndərilmişdi.

Cənazə mərasimində Serdar Kıyakın körpəsinin yorğanına sarılıb “Oğlum!” deyə fəryad etməsi gündəmin ən çox müzakirə olunan görüntülərindən biri olmuşdu.

Kıyak dünən saat 19:30 radələrində Elazığ 1 №-li Yüksək Təhlükəsizlikli Qapalı Cəza İnfaz müəssisəsində olduğu kamerada zibil torbası ilə özünü havalandırma pəncərəsinin barmaqlıqlarından asıb. Cəzaçəkmə müəssisəsinin nəzarətçilərinin müdaxiləsinə baxmayaraq, təcili yardım ilə müəssisənin poliklinikasına aparılan Kıyakın həyatını xilas etmək mümkün olmayıb. (DHA)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:334
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 Dekabr 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see393

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see380

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see377

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see372

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see371

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see351

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see350

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see334

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see331

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see330

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see313

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see311

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see306

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see295

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see282

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see265

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see228

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see217

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri