Şeyx Əbdül: Bu gün cibinə xidmət edən insanların cəmiyyətində yaşayırıq
Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Xəstəyəm, amma buna baxmayaraq, son enerjimi "Azərbaycanfilm" kinostudiyasının bərpa olunmasına sərf edəcəyəm ki, meyitxana dirilsin. Bu sənətdə hamı özü üçündür, heç kəs kinostudiyanın qapısını açıb içəri girmək istəmir".
Reyting.az-ın məlumatına görə, bunu Qaynarinfo.az-a açıqlamasında Şeyx Əbdül Mahmudbəyov deyib.
Aktyor hesab edir ki, bu gün heç kəs sənətkara qiymət vermir: "Bu gün şəxsi maraqlarına, nəfisinə, cibinə xidmət edən insanların cəmiyyətində yaşayırıq. Ona görə də sənətkara qiymət vermək adlı şey yoxdur. Çünki çörəyi çörəkçiyə verərlər. Kinonun yiyəsi rejissordur. ]Aktyor kinonun sahibi ola bilməz. İndi iki aktyor Azərbaycan kinosuna rəhbərlik edir. Onların heç biri 40 ildir kinostudiyanın qapısını tanımır. Heç bilmirlər ki, kinostudiyanın qapısı hardadır. Mən deyən kimi hamı üstümə tökülür. Rasim Balayev mənim 80 illik yubileyimi təbrik də etmədi".
Xalq artisti bildirib ki, kinoya, sənətə hörmət etməyənlərin qapısını döymək düzgün deyil: "Mən şeyx balasıyam, dilənməyi bacarmıram. Mən sənət adına böyük ideyalarla gəlmişdim. Böyük ustadlar getdilər, yerində çör-çöplər qalıb, mən də onlarla ünsiyyət qurmuram".
Bu mövzuda digər xəbərlər:Teatrlarımızda və kinomuzda durğunluq yaşayırıq Şeyx Əbdül Mahmudov DANIŞDI
10 Mart 2025 13:16
“Bizi toylarımızda cəzalandırırlar...” Şeyx Əbdül
01 Dekabr 2025 14:42
Şeyx Əbdül Hacıbala Abutalıbovu məhkəməyə VERƏCƏK
16 Yanvar 2025 17:54
Gəlsin ona sübut edim ki, bu, əxlaqsızlıqdır Şeyx Əbdül
09 Oktyabr 2025 16:24
Mədəniyyət və İncəsənət Universiteti bağlanmalıdır! Şeyx Əbdül
08 Aprel 2025 16:34
Baxış sayı:107
Bu xəbər 11 Fevral 2025 18:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















