Icma.az
close
up
RU
Şeyx Əbdüldə ağır xəstəlik aşkarlandı, kömək istədi “Əzrayılla yoldaşlıq edirəm”

Şeyx Əbdüldə ağır xəstəlik aşkarlandı, kömək istədi “Əzrayılla yoldaşlıq edirəm”

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xalq artisti, tanınmış kinorejissor Şeyx Əbdül Mahmudovun səhhətində yenidən problem yaranıb.

Musavat.com-a danışan sənətkar eyni anda bir neçə ağır xəstəliklə mübarizə apardığını bildirib:

"Faktiki olaraq 4 xəstəliklə mübarizə aparıram. Birincisi qocalıqla bağlı problemlərdir. İkincisi prostat idi, şükür ki, bu gün yoxladılar, dedilər normaldır. Amma parkinson xəstəliyinin başlanğıcı var. Eyni zamanda ənənəvi olaraq bronxlarımdan, mədə-bağırsağımdan əziyyət çəkirəm. Bu xəstəliklər məni çox narahat edir. Özü də bir-birinə əks olan dərmanlar içirəm, onlar məni daha da zəiflədir. Deyə bilərəm ki, artıq Əzrayıl müəllimlə yoldaşlıq edirəm".

Xalq artisti müalicələrinin Bakıda davam etdiyini, sentyabr ayında yenidən müayinədən keçəcəyini vurğulayıb:

"İndi həkimlərimin hamısı məzuniyyətdədir. Sentyabrın əvvəlində gələcəklər. Ömür vəfa etsə, həkimlər konsilium edəcəklər. Təpədən-dırnağa kimi bütün analizləri - KT, MRT və digər müayinələri verəcəyəm ki, görək nə sağalıb, nə qalıb, hansı yeni xəstəliklər əlavə olunub".

Maddi vəziyyətinin son dərəcə ağır olduğunu gizlətməyən Şeyx Əbdül dövlətin verdiyi təqaüdün xərcləri ödəmədiyini bildirib:

"Maddi durumum çox acınacaqlı vəziyyətdədir. Əgər nəzərə alsaq ki, xanımım da eyni vəziyyətdədir, çox ağır müalicə alır, həkimlər, tibb bacıları evə gəlir, xərc böyükdür. Dövlətin verdiyi pul çatmır. Uşaqlarım, qızım, nəvəm də işsizdirlər. Bu maddi problemlər mənəvi sıxıntı yaradır, psixoloji olaraq da mənə təsir edir".

O, kömək üçün Heydər Əliyev Fonduna müraciət etməyi planlaşdırdığını qeyd edib:

"İndiyə qədər heç kimə müraciət etməmişəm. Amma indi fikrim var ki, sentyabrda Heydər Əliyev Fonduna müraciət edim, bu müalicələrimə kömək etsinlər".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 30 Avqust 2026 21:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see756

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see583

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see333

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see324

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see294

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see292

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see286

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see274

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see272

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see271

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see257

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see242

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see240

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see232

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see216

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see214

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see203

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see195

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri