Şeyx İran səfirliyinə getdi Başsağlığı verdi
Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.
Aprelin 10-da İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin həlak olmasının 40-cı günü ilə əlaqədar Bakıda anım mərasimi keçirilib.
Demokrat.az xəbər verir ki, mərasimdə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, hökumət və ictimaiyyət nümayəndələri, din xadimləri iştirak ediblər.
Mərasim əvvəlcə “Qurani-Kərim” tilavəti ilə başlayıb.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə çıxış edərək, Seyid Əli Xamenei ilə bağlı xatirələrini bölüşüb, onun zəngin mənəvi irsindən və İslam dünyasındakı rolundan danışıb. Şeyxülislam, eyni zamanda, dünyada baş verən münaqişə və fəlakətlərin aradan qalxmasını diləyib, bəşəriyyət üçün sülh, əmin-amanlıq və rifah arzularını ifadə edib.
İranın ölkəmizdəki səfiri Müctəba Dəmirçilu çıxışında Seyid Əli Xameneinin həyat yolu, dövlət və din sahələrindəki fəaliyyəti, həmçinin İslam dünyasına verdiyi töhfələrdən bəhs edib. O, gərginliyin ilk günlərindən etibarən Azərbaycanın göstərdiyi həmrəyliyi, humanitar və mənəvi dəstəyi xüsusi vurğulayaraq, buna görə ölkəmizə minnətdarlığını bildirib.
Sonra çıxış edən din xadimləri dini dəyərlər və mənəvi irs barədə danışıblar. Mərhumun xatirəsi ehtiramla yad edilərək onun dini və ictimai fəaliyyəti yüksək qiymətləndirilib.
Qeyd edək ki, Ayətullah Seyid Əli Xameneinin həlak olmasının 40-cı günü ilə əlaqədar bu gün Naxçıvanda da anım mərasimi keçirilib.
Xatırladaq ki, İranın ali dini lideri Əli Xamenei fevralın 28-də vəfat edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev onun vəfatı ilə əlaqədar İran Prezidenti Məsud Pezeşkiana başsağlığı məktubu ünvanlayıb, həmçinin Bakıda İran səfirliyini ziyarət edərək, xatirə kitabına ürək sözlərini yazıb.(Azərtac)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Prezident İran səfirliyinə gedib başsağlığı verdi Foto
04 Mart 2026 13:07
İlham Əliyev Şeyx Təmimə başsağlığı verdi
12 İyul 2026 13:48
İran rəsmiləri başsağlığı üçün Azərbaycan səfirliyinə gəldi
27 Dekabr 2024 15:40
Qaluzin Azərbaycan səfirliyinə gedib başsağlığı VERDİ
27 Dekabr 2024 18:11
İran XİN başçısının müavinindən Azərbaycan səfirliyinə başsağlığı ziyarəti Foto
27 Dekabr 2024 16:01
Baxış sayı:177
Bu xəbər 10 Aprel 2026 18:57 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları