Şeyxdən xaricdə təmtəraqlı ad günü keçirməsi məsələsinə reaksiya
Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Dünən doğum gününü qeyd edənlər arasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə də olub. O, 76 yaşını qeyd edib. İddialara görə, şeyx doğum gününü xarici ölkələrdən birində təmtəraqlı şəkildə qeyd edib.
Ölkə.Az xəbər verir ki, məsələ ilə bağlı Allahşükür Paşazadə Manset.az-a açıqlamasında doğum gününü sadə şəkildə ailəsi ilə birlikdə qeyd etdiyini bildirib:
“Hazırda Azərbaycandayam, ailəmin yanındayam. Doğum günümü elə belə öz ailəmlə keçirirəm. Ümumiyyətlə, təmtəraqlı ad günü qeyd etməyi heç vaxt sevməmişəm. Həmişə çalışmışam ki, sadə və ailəmlə birgə olsun. Xaricə getməyim isə yalnız işgüzar səfərlərlə bağlı ola bilər. Mən hamıya can sağlığı arzulayıram".

Şeyxdən matəm günü ilə bağlı GÖSTƏRİŞ
25 Dekabr 2024 16:27
Fələstin parçalanır: Şeyxdən İsrailə separatçı təklif...
06 İyul 2025 22:06
Şeyxdən Qəzza və Ukrayna ilə bağlı ÇAĞIRIŞ
26 Noyabr 2024 19:58
Şeyxdən Qəzza və Ukrayna ilə bağlı çağırış
26 Noyabr 2024 21:22
Fatimə təmtəraqlı ad günü edəcək
30 Mart 2025 11:29

