Şeyxin nəvəsinin Bakıda daha 3 obyekti fəaliyyətə başladı
Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Fövqəladə Hallar Nazirliyi (FHN) Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin nəvəsi və eyni zamanda millət vəkili Əliabbas Salahzadənin oğlu – 2002-ci il təvəllüdlü Həsən Salahzadənin sifarişi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, İstiqlaliyyət küçəsi, giriş 211 ünvanında inşa olunan obyektin istismarına icazə verib.
Yeniavaz.com-un əldə etdiyi məlumata görə, istismarına icazə verilən obyekt 3 binadan ibarətdir.
Ümumi sahəsi 1 286,45 kvadratmetr olan binalardan 2-si 2, 1-i isə 1 mərtəbədən ibarətdir.
Qeyd edək ki, FHN qeyri-yaşayış binalarına 19 dekabr 2025-ci il tarixli, 10603 nömrəli istismara hazırlıq rəyi verib.
Onu da bildirək ki, təxminən bir ay əvvəl FHN Allahşükür Paşazadənin qızı və eyni zamanda millət vəkili Əliabbas Salahzadənin həyat yoldaşı olan Xatirə Salahzadənin sifarişi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zuğulba prospekti, giriş 258A ünvanında inşa olunan 77,8 kvadratmetr iaşə obyektinin də istismarına icazə verib.
Bundan başqa, FHN ötən ay Həsən Salahzadəyə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, İstiqlaliyyət küçəsi, giriş 177 ünvanında yerləşən daha bir obyektin istismarına icazə verib.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:FHN şeyxin qızının və nəvəsinin obyektlərinin KONKRET
24 Noyabr 2025 23:14
Şeyxin səlahiyyətləri azaldıldı
22 May 2025 21:26
Şeyxin bu qərarı Ermənistanda qorxu yaratdı “Hücum” başladı
24 May 2025 18:48
Şeyxin bu qərarı Ermənistanda qorxu yaratdı “hücum” başladı
24 May 2025 10:26
Şeyxin dördüncü övladı doğulub
12 Aprel 2025 20:06
Baxış sayı:27
Bu xəbər 29 Dekabr 2025 11:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















