Şeyxülislam Anqolaya gedir
Icma.az bildirir, Azpost portalına istinadən.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə iyulun 14-də Anqola Respublikasına səfərə yola düşür.
Azpost.info bildirir ki, bu barədə QMİ-nin mətbuat xidmətindən bildirilib.
BMT Baş Katibinin müavini, Sivilizassiyalar Alyansının xüsusi nümayəndəsi Migel Anxel Moratinosun dəvəti ilə Şeyxülislam A.Paşazadə “Sülhə çağırış, müharibələrə son qoyulması və beynəlxalq hüquqa hörmət” təşəbbüsü çərçivəsində keçiriləcək Yüksək səviyyəli dialoqda iştirak edəcək.
Afrika qitəsində ilk dəfə keçiriləcək bu mötəbər tədbir 16-17 iyul 2026-cı il tarixlərində Anqolanın Luanda səhərində bas tutacaq. Anqola Respublikası höküməti ilə əməkdaşlıqda keçirilən tədbir 2025-ci ildə İspaniyanin Gernika şəhərində bu şəhərin bombalanmasının 88-ci ildönümündə keçirilmiş təsis toplantısının ardınca müharibənin dərin tarixi izlərini daşıyan Bosniya va Herseqovinanın paytaxtı Sarayevoda keçirilən ikinci mərhələsindən sonra Luandada planlaşdırılan növbəti görüş bu ali missiyanın əhəmiyyətli davamını təşkil edir.
Forum yüksək səviyyali dövlət va hökümət rəsmilərini, nüfuzlu dini liderləri, akademik dairələrin tanınmiıs nümayəndələrini, vətəndaş cəmiyyəti və media təmsilçilərini, habelə qlobal sülh naminə həmrəy olan digər tərəfdaşları bir araya gətirəcəkdir.
Şeyxülislam A. Paşazadə tədbirin açılış mərasimində çıxış edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 14 İyul 2026 20:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















