Icma.az
close
up
RU
Şeyxülislam ƏlƏzhər ƏlŞərifin baş imamı ilə görüşüb FOTO

Şeyxülislam ƏlƏzhər ƏlŞərifin baş imamı ilə görüşüb FOTO

Azpost saytına istinadən Icma.az xəbər verir.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında – COP29-da iştirak etmək üçün Bakıya təşrif buyurmuş Əl-Əzhər Əl-Şərifin baş imamı, şeyx Əhməd Əl-Tayyib ilə görüşüb.

QMİ-nin Mətbuat xidmətindən bildirilib ki, Misirin dünyaşöhrətli din xadimi ilə keçən səmimi görüş zamanı Azərbaycan və Misir arasında dərin tarixi köklərə malik dini-mənəvi əlaqələr barədə danışılıb, inkişaf perspektivləri müzakirə edilib.

COP29 çərçivəsində Dini Liderlərin Qlobal Sammitinin ünvanına Əl-Əzhər Əl-Şərifin baş imamı, şeyx Əhməd Əl-Tayyibin göndərdiyi müraciət məktubuna və Misir dövlətinin tədbirdə yüksək səviyyədə təmsil olunmasına görə dərin təşəkkürlərini bildirən şeyxülislam A.Paşazadə, qlobal sammitin qəbul etdiyi Bakı Bəyannaməsi və tədbirin əhəmiyyəti barədə ətraflı məlumat verib.

Əl-Əzhər Əl-Şərifin baş imamı, şeyx Əhməd Əl-Tayyib, öz növbəsində, Azərbaycanın mədəniyyətlər, dinlərarası dialoq sahəsində uğurlu təcrübəsinə, gördüyü əhəmiyyətli işlərə böyük dəyər verərək, ölkəmizin bəşəri həmrəylik istiqamətində səylərini yüksək qiymətləndirib. BMT səviyyəsində belə bir mötəbər sammitin yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətini və xalqını təbrik edən Şeyx Əhməd Əl-Tayyib, “Sizin Prezidentiniz öz parlaq çıxışında dünya müsəlmanlarının qəlblərindəki qayğıları və amallarını əks etdirdi. Bir sözlə desəm, o, cəsarətli Prezidentdir!” deyərək, Azərbaycan Prezidentinin İslam həmrəyliyi yönündə səylərini xüsusi dəyərləndirib. Həmçinin COP29 çərçivəsində Dini Liderlərin Qlobal Sammitinin uğurla başa çatması münasibətilə şeyxülislam A.Paşazadəni təbrik edib.

Əhməd Əl-Tayyib region ölkələri ilə əlaqələrin yaxşılaşdırılmasında Azərbaycanın xüsusi rolunun olduğunu deyərək, gələn ilin fevralında Bəhreyndə keçiriləcək dinlərarası və sünni-şiə dialoqunda Azərbaycanın iştirakının vacibliyinə diqqəti çəkib. Azərbaycanın dinlərarası və İslamdaxili dialoq sahəsində çox uğurlu örnək təcrübəsinin olduğunu vurğulayan baş imam Əhməd Əl Tayyib, sədri olduğu Müsəlman Ağsaqqalları Şurasının üzvü – şeyxülislam A.Paşazadəni Bəhreyn forumu öncəsi müzakirələr üçün Misirə dəvət edib.

Görüşdə Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri R.Məmmədov, Misir müftisi İyad Nəzir və digər şəxslər iştirak ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://azpost.info
archiveBu xəbər 14 Noyabr 2024 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri