Icma.az
close
up
RU
Səyyad Aran İmişlidə silsilə görüşlər keçirdi FOTOLAR

Səyyad Aran İmişlidə silsilə görüşlər keçirdi FOTOLAR

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Azərbaycan Respublikası Milli Məclisinin 82 saylı İmişli-Saatlı Seçki Dairəsindən seçilmiş deputatı Səyyad Aran İmişli rayonunda silsilə görüşlər keçirib. Deputat ilk olaraq İmişli rayonunun Məzrəli kənd kitabxanasını ziyarət edib.

Deputat kitabxananın mövcud vəziyyəti ilə maraqlanıb, işçilərin müraciət və təkliflərini dinləyib.

Millət vəkili Məzrəli kənd kitabxanasına öz hədiyyələrini təqdim edib.

Kitabxananın əməkdaşları onları hər zaman diqqətdə saxladığı üçün deputata öz təşəkkürlərini bildiriblər.

Səyyad Aran həmçinin Bəhrəmtəpə qəsəbəsində yeni salınmış parkla tanış olub və 44 günlük Vətən müharibəsinin qəhrəman şəhidi mayor Nazim Hüseynovun əziz xatirəsinə ucaldılmış bulaq-abidə kompeksini ziyarət edib

Şəhidin atası Yaqub Hüseynovla söhbət edən deputat onun və ailəsinin qayğıları ilə maraqlanıb. Şəhid atası dövlət başçısı cənab İlham Əliyevin, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın şəhid ailələri və qazilərə göstərdiyi yüksək diqqətdən xeyli razı qaldıqlarını bildiriblər.

Deputat Kamil Əsədov adına Bəhrəmtəpə qəsəbə ümumi orta məktəbi ziyarət edərək kollektivlə də görüşüb.

Məktəbin rəhbərliyi və müəllimləri ilə səmimi söhbət aparan millət vəkili təhsil ocağının ötən təhsil ilindəki göstəriciləri, habelə tədris prosesinin gedişatı və şagirdlərin dərsə davamiyyəti ilə maraqlanıb.

Səyyad Aran bildirib ki, o da ixtisasca müəllimdir və məktəb hər zaman ona doğma ünvandır. Deputat son illər ərzində ölkə təhsilində həyata keçirilmiş mütərəqqi islahatlara toxunaraq təhsil sahəsinin hər zaman ölkə Prezidenti Cənab İlham Əliyevin diqqətində olduğunu vurğulayıb.

Deputat məktəbə "Canon" markalı rəngli printer və proyektor hədiyyə edib.

Məktəbin kollektivi hər zaman onlara doğma münasibət bəsləyən və problemləri ilə maraqlanan deputata minnətdarlıqlarını bildiriblər.

Millət vəkilinin İmişlidə keçirdiyi silsilə görüşlərdən biri də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidməti Publik Hüquqi Şəxsin İmişli Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında baş tutub. Millət vəkili idarənin rəhbərliyi və kollektivi ilə görüşərək onların iş prosesi ilə maraqlanıb. Görüş zamanı idarənin rəisi Samir Məmmədov ötən dövr ərzində gördükləri işlər, eləcə də payızlıq əkin üçün hazırlıqlarla bağlı məlumat verib.

İdarə rəisi bildirib ki, İmişli rayonunda əkin sahələrinin su ilə təmini üçün suvarma sistemləri idarəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Daşıyıcı kanallar vasitəsi ilə sahələrə su buraxılması müəyyən qrafikə uyğun verilərək növbəli şəkildə suvarma işi təşkil edilir.

Səyyad Aran İmişlinin tarixən kənd təsərrüfatı sahəsində məhsuldar rayon olduğunu bildirib və gələcək fəaliyyətlərində məhsuldarlığın daha da artması üçün idarənin əməkdaşlarına bol-bol uğurlar arzulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 31 Oktyabr 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see304

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see292

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see279

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see267

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see265

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see264

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see243

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see239

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see238

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see237

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see232

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see228

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see225

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see224

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see221

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see215

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see213

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see213

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see201

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri