“Səyyar DOST” xidməti üçün növbə götürmə sistemi də elektronlaşdı
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Sosial sahədə xidmətlərin geniş miqyasda elektronlaşdırılması işləri çərçivəsində həssas qruplara aid vətəndaşların “Səyyar DOST” xidməti üçün növbə götürmə sistemi də artıq elektronlaşdırılıb.
XQ-yə bildirilib ki, vətəndaşlar dost.gov.az saytına daxil olaraq “Səyyar DOST” bölməsinə keçid etdikdən sonra açılan pəncərədə sadə müraciət formasını doldurmaqla bu xidmət üçün e-qaydada növbəyə yazıla bilərlər.
Məlumatları daxil etdikdən sonra vətəndaşa avtomatik növbə təyin olunur və bu barədə onun mobil nömrəsinə sifariş etdiyi xidmət növü ilə bağlı ətraflı mesaj göndərilir.
“Səyyar DOST” xidməti DOST mərkəzləri tərəfindən təqdim edilən xidmətlərin göstərilməsi məqsədilə lazımi sənədlərin sifarişçidən təhvil alınması və emal edilərək ona təhvil verilməsini nəzərdə tutur.
Bu xidmət üçün e-qaydada növbəyə yazılma imkanının yaradılması vətəndaşların xidmətə əlçatanlığının, xidmətin çevikliyinin, keyfiyyətinin daha da artmasına imkan verir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 22 Aprel 2025 10:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















