Icma.az
close
up
RU
“SHAURMA №1” in patent qalmaqalı: Apellyasiya Məhkəməsi sənəd saxtakarlığını necə ört basdır edir

“SHAURMA №1” in patent qalmaqalı: Apellyasiya Məhkəməsi sənəd saxtakarlığını necə ört basdır edir

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gündəmi qalmaqallı hadisələrlə zəbt edən “SHAURMA №1” restoranlar şəbəkəsinin ətrafında baş verənlər səngimək bilmir. Bildiyiniz kimi, “SHAURMA №1” restoranlar şəbəkəsinin əqli mülkiyyət hüququ ətrafında çəkişmələr davam etməkdədir. Bu çəkişmələrin fonunda uğursuzluğa düçar olan Natiq Sadıqov bu dəfə pul hesabına Apellyasiya Məhkəməsinin qərarını əldə etməyə nail olub.

Beləki, Natiq Sadıqov hələ 2016-cı ilədə öz şəriki Aqil Babayevdən xəbərsiz şəkildə qanunsuz yolla mənimsədiyi “SHAURMA №1” əmtəə nişanını saxtalaşdırmağa cəhd edib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən Ceyhun Məhərrəmova 4 mart 2010-cu il tarixli (reyestr nömrəsi 2010 0274) “ŞAURMA №1” əmtəə nişanına hüququnun təsbit edilmiş sertifikatı verilmişdir.Ümumdünya Əqli Mülkiyyət Təşkilatının İsveçrədə yerləşən mənzil-qərargahı 3 mart 2010-cu il tarixli 2010 0274 reyestr nömrəli “ŞAURMA №1” əmtəə nişanı hüququn Ceyhun Məhərrəmova aid olduğunu təsdiq edən cavabı elektron məktub ilə göndərib.

Amma sonradan saxtakarlıqla əmtəə nişanı üzərində olan hüququ Natiq Sadıqovun xalasıoğlu Teymur İmaməliyevin adına qeydiyyatdan keçirib. Sənədi notarial qaydada təsdiq etmədən həqiqi mülkiyyətçi Ceyhun Məhərrəmovun ona hüquqların könüllü keçməsi haqqında imzasını saxtalaşdırıblar. Bundan sonra  Standartlaşdırma üzrə Dövlət Komitəsinin məsul şəxslərinin “köməyi ilə” əqli mülkiyyətə sahiblik barədə saxta sənəd alınıb. Daha sonra İmaməliyev özünə yaxın olan Səbuhi Əliyevə əqli mülkiyyət hüquqlarını ötürür. Lakin artıq bu dəfə gözlənildiyi kimi, notarial qaydada təsdiqlənmiş formada, bir müddət sonra isə Səbuhi Əliyev də notarial qaydada həmin hüquqları İmaməliyevin özünə yenidən rəsmiləşdirib. Bunulada Natiq Sadıqovun fikrincə sənəd “yuylması” prosesinə nail olur.

Məhkəmə proseslərinin cərəyyan etdiyi bir dövürdə Teymur İmaməliyev saxtakarlıqla əldə olunmuş sənədlərlə 2023ci ilin yanvar ayında sözü gedən Ümumdünya Əqli Mülkiyyət Təşkilatına artıq yeni bir müraciətlə bu qurumda “Shaurma №1” əmtəə nişanını yeni formatda qeydiyyatdan keçirir. Bunulada nəinki ölkə daxilində həttda beynəlxalq müstəvidə kobud şəkildə qanun pozuntusuna yol verir.

Bütün bu qanunsuzluqlar və saxtakarlıqla bağlı Ceyhun Məhərrəmovəmtəə nişanının qanunsuz olaraq mənimsənilməsi iddiası iləTeymurİmaməliyevi məhkəməyə vermişdir. Bakı Kommersiya Məhkəməsində hakim Nərmin Əhmədovanın sədirliyi ilə keçirilən və 8 aya yaxın davam edən məhkəmə prosesində “SHAURMA №1” restoranlar şəbəkəsinin əqli mülkiyyəthüququnun qanunsuz şəkildə mənimsənilməsi faktı təsdiqini tapıb. Məhkəmə prosesi vəkil Tural Şahbazovun və Mahir Tağıyevin müdafiəçisi olduğu Ceyhun Məhərrəmovun qələbəsi ilə başa çatıb.

Ötən ilin sonlarında çıxarılan məhkəmə qərarı ilə hakim Nərmin Əhmədova, əqli mülkiyyət hüququnun qanunsuz ötürülməsi faktına əsaslanaraq bu ötürülməni etibarsız hesab etməklə ədalətli məhkəmə qətnaməsi çıxarıb. Qərara əsasən Ceyhun Məhərrəmovun “SHAURMA №1” üzərində olan əqli mülkiyyəthüququ bərpa olunub.

Bunun ardınca qarşı tərəf  Apellyasiya Məhkəməsinə müraciət edib və nə qədər qəribə olsa da fevral ayının 13-də hakim Ziya Şirinovun sədirlik etdiyi prosesdə üç baxış məhkəməsindən sonra Bakı Kommersiya Məhkəməsinin qətnaməsini ləğv olunaraq yeni qətnamə çıxarılıb.Məhərrəmovun vəkili Mahir Tağiyev Apellyasiya Məhkəməsinin çıxaracağı qərəzli qərardan müvafiq hüquq məhkəmə orqanlarına şikayyət veriləcəyini bildirib. Ceyhun Məhərrəmov isə öz müraciətində qərarın qanunsuz və kənar müdaxilə hesabına çıxarıldığını bildirib və bu qərəzli qərar barəsində müvafiq tədbirlərin görülməsini Məhkəmə Hüquq Şurasının rəhbərliyindən tələb edib.

Cümhuriyyet.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 21 Fevral 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri