Si Cinpin süni intellektin risklərini açıqladı Çin dünya liderliyinə hazırlaşır
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
"Süni intellekt (Sİ) misli görünməmiş inkişaf imkanları ilə yanaşı, həm də misli görünməmiş risklər gətirir".
Oxu.Az-ın "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, bu barədə ÇXR sədri Si Cinpin süni intellektə nəzarətin və inkişafının gücləndirilməsi üzrə kollektiv seminarda bəyan edib.
Çin lideri Sİ-nin insanların gündəlik həyatını və istehsal sahəsini tamamilə dəyişə biləcəyini deyib, bu sahədə qanunvericiliyin və etik normaların tezliklə formalaşdırılmasını vacib sayıb.
O, eyni zamanda, təhlükəsizlik və idarəetmə sistemlərinin qurulmasının, risklərin qarşısının alınmasının önəmindən danışıb.
Çin rəhbəri ölkəsinin Sİ texnologiyalarında - yüksəkməhsuldarlıqlı çiplər, proqram təminatı və müstəqil platformaların hazırlanmasında liderliyə can atmalı olduğunu bəyan edib.
O, həmçinin beynəlxalq əməkdaşlığı vacib sayıb və bildirib ki, süni intellekt qlobal ictimai nemətə çevrilməlidir.
Baxış sayı:127
Bu xəbər 26 Aprel 2025 17:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















