Si Cinpin: Tayvanın Çindən ayrılmasına heç vaxt icazə verilməyəcək
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Pekin, 4 fevral, AZƏRTAC
Çin Xalq Respublikasının Sədri Si Cinpin ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığında Tayvan məsələsinin Çin-ABŞ münasibətlərində ən vacib məsələ olduğunu, Tayvanın Çindən ayrılmasına heç vaxt icazə verilməyəcəyini deyib.
AZƏRTAC Çin tərəfinin telefon danışığına dair yaydığı rəsmi məlumata istinadla xəbər verir ki, Sədr Si Cinpin Birləşmiş Ştatların Tayvana silah satışına ehtiyatla yanaşmalı olduğunu deyib.
Qeyd edək ki, rəsmi Pekin Tayvan məsələsini Çin-ABŞ münasibətlərində keçilməz ilk qırmızı xətt kimi dəyərləndirib. Çin ABŞ-ın Tayvana silah satışının "Vahid Çin" prinsipini, Çinin suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü pozduğunu, Tayvan boğazında sülhə və sabitliyə zərər vurduğunu, “Tayvanın müstəqilliyi”ni müdafiə edən separatçı qüvvələrə son dərəcə səhv bir siqnal göndərdiyini dəfələrlə bəyan edib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 04 Fevral 2026 20:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















