Si Cinpin Tayvanla bağlı mövqeyini bir daha Trampın diqqətinə çatdırıb
Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.
Çin Prezidenti Si Cinpin ABŞ lideri Donald Trampa separatizm və sülhün Tayvan boğazında bir-biri ilə uyğun gəlmədiyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Vanq Yinin bildirib.
"Donald Trampla görüşdə əsas müzakirə olunan məsələlərdən biri Tayvan məsələsi olub. Prezident Si Cinpin qeyd edib ki, Tayvan boğazında sülhün və sabitliyin qorunması hər iki tərəf üçün ən böyük ortaq məxrəcdir. Bunun əsas şərti odur ki, Tayvandakı separatizm heç bir halda dəstəklənməməli və ya ona yol verilməməlidir, çünki bu, Tayvan boğazında sülhlə bir araya sığmır" - deyə, Vanq Yinin Çin Xarici İşlər Nazirliyinin veb saytındakı açıqlamasında qeyd edib.
Xarici işlər naziri Tayvan məsələsinin Çinin daxili işi olduğunu bir daha vurğulayıb. O, birləşmənin Çinin bütün sakinlərinin ortaq arzusu və Çin Kommunist Partiyasının sarsılmaz tarixi missiyası olduğunu bildirib: "Ümid edirik ki, Amerika tərəfi vahid Çin prinsipinə ciddi şəkildə riayət edəcək və beynəlxalq öhdəliklərini yerinə yetirəcək. Vahid Çin prinsipinin hər hansı bir şəkildə pozulması zəncirvari reaksiyaya səbəb olacaq. Bu məsələ düzgün həll olunarsa, Pekin və Vaşinqton arasında qorunan əlaqələr ümumi sabitliyi qoruyub saxlaya biləcək, əks halda iki ölkə arasında qarşıdurma və hətta münaqişə yaranacaq ki, bu da bütün Çin-Amerika münasibətlərini son dərəcə təhlükəli vəziyyətə salacaq. Çin ümid edir ki, ABŞ ikitərəfli münasibətlərimizin sabit inkişafını dəstəkləmək və Tayvan boğazında sülh və sabitliyi təmin etmək üçün konkret tədbirlər görəcək", - deyə o, yekunlaşdırıb.
Qeyd edək ki, Tayvan 1949-cu ildən bəri öz administrasiyası tərəfindən idarə olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 15 May 2026 20:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















