Si Cinpin və Vladimir Putin Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Icma.az, Azertag saytına istinadən bildirir.
Pekin, 29 iyun, AZƏRTAC
Çin Xalq Respublikasının Sədri Si Cinpin iyunun 19-da Rusiya Prezidenti Vladimir Putin ilə telefon danışığı zamanı Yaxın Şərqdəki gərginliyi müzakirə edib.
AZƏRTAC xəbər verir ki, Sədr Si Cinpin atəşkəsin təcili prioritet olduğunu, gücdən istifadənin beynəlxalq mübahisələri həll etmək üçün düzgün yol olmadığını bildirib. O, münaqişə tərəflərini atəşi mümkün qədər tez dayandırmağa çağırıb.
Çin lideri İran-İsrail gərginliyi şəraitində əsas prioritetin mülki əhalinin təhlükəsizliyini qorumaq olduğunu vurğulayıb, münaqişə tərəflərini beynəlxalq qanunlara ciddi əməl etməyə, günahsız mülki şəxslərə zərər verməkdən qəti şəkildə çəkinməyə çağırıb, beynəlxalq ictimaiyyətin vəziyyəti sakitləşdirmək üçün səy göstərməli olduğunu deyib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 19 İyun 2025 17:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















