Si Cinpindən cavab gəldi Payızda ABŞ yə gedir
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Çin Sədri Si Cinpin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə cari ilin payızında Amerikaya dövlət səfəri edəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi rəsmi məlumat yayıb.
Nazirliyin bəyanatında bildirilir ki, hər iki tərəf dövlət başçılarının görüşünə ciddi hazırlaşmalı, əlverişli atmosfer yaratmalı və yeni nəticələrə nail olmaq üçün birgə səfər göstərməlidir.
Xatırladaq ki, mayın 13-də Donald Trampın Çinə üçgünlük dövlət səfəri başlayıb. Bu, Trampın son 9 ildə Asiya respublikasına ilk rəsmi gəlişidir. Pekində baş tutan danışıqlarda liderlər ABŞ-Çin əməkdaşlığı, Yaxın Şərq və Ukraynadakı münaqişələr, eləcə də Hörmüz boğazının blokadadan çıxarılması məsələlərini müzakirə ediblər.
Si Cinpin Trampın bu səfərini tarixi hadisə adlandırıb. Məlumata görə, Tramp Çin liderini və xanımı Pen Liyuanı sentyabrın 24-də Ağ Evdə qəbul etməyə hazırlaşır.
Baxış sayı:154
Bu xəbər 15 May 2026 21:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















