Sİ nin inkişafı həddindən artıq sərbəstliyə malik silahların yaranmasına gətirə bilər
Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
Bizimyol.info xəbər verir ki, bunu mətbuata BMT baş katibinin müavini, rəqəmsal texnologiyalar üzrə xüsusi nümayəndə Amandip Gill bildirib.
“Süni intellekt həqiqətən də mövcud silah sistemlərinin inkişafını sürətləndirə bilən güclü bir texnologiyadır. Gələcəkdə hazırkı avtomatlaşdırılmış sistemlərdən daha yüksək avtonomiyaya malik silahların şahidi ola bilərik. Bu sistemlərin bəzilərində avtonomluğun artdığı açıq şəkildə görünür”, – deyə BMT rəsmisi qeyd edib. O, Əbu-Dabidə keçirilən ADIPEC energetika konfransında iştirak edib.
BMT baş katibinin müavininin sözlərinə görə, hökumətlər silahlar üzərində insan nəzarətini qoruyub saxlamalı, hədəfin seçilməsi qərarını verən hərbi personalın məsuliyyətini və hesabatlılığını təmin etməlidirlər. “Biz əmin olmalıyıq ki, bu texnologiya onsuz da gərgin olan beynəlxalq vəziyyətə daha bir qeyri-sabitlik amili əlavə etməsin və böyük dövlətlər arasındakı münasibətləri daha da çətinləşdirməsin”, – deyə o əlavə edib.
Gill xatırladıb ki, BMT baş katibi Antoniu Guterreş 2026-cı ilə qədər hədəflərin məhv edilməsi barədə avtonom qərar verə bilən silahların tam qadağan edilməsinə çağırıb. Xüsusi nümayəndənin sözlərinə görə, bununla bağlı danışıqlar hazırda hərbi sahədə məsuliyyətli süni intellekt üzrə Qlobal Komissiyanın çərçivəsində, həmçinin döyüşçülərə əsassız əzab verən və ya mülki əhaliyə fərq qoymadan təsir göstərən silahların tətbiqini qadağan edən Müəyyən Adi Silahlar haqqında Konvensiya çərçivəsində aparılır.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 18 Noyabr 2025 07:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















