Si Putindən sülh imzalamasını istədi Və razılaşma barədə nə düşündüyünü açıqaldı
Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Çin lideri Si Cinpin Vladimir Putinlə söhbətində Ukraynada müharibəyə son qoymaq üçün “ədalətli” sülh sazişinin əldə olunmasının vacibliyini bəyan edib.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Putinlə söhbəti zamanı Si vurğulayıb ki, o, "bütün tərəflərin qəbul etdiyi ədalətli, davamlı və məcburi sülh sazişinə" nail olmağa ümid edir və hesab edir ki, buna dialoq vasitəsilə nail olmaq olar.
“Si mümkün sövdələşmənin necə olacağı barədə ətraflı məlumat verməsə də, bu, ilk dəfədir ki, Çin lideri Kremllə müharibəyə son qoymaq üçün razılaşmanın prinsiplərini şəxsən ortaya qoyur”, – “Bloomberg” yazıb.
“Bloomberg” qeyd edir ki, Çin liderinin bəyanatı ABŞ-nin de-fakto ticarət embarqosu kontekstində Avropa ilə əlaqələrin qurulması fonunda səsləndirilib.
2023-cü ildə Çin müharibənin həlli üçün 12 maddəlik plan təklif etmişdi. Lakin plan Rusiyanın maraqlarına daha çox uyğun olduğu üçün Kiyev tərəfindən qəbul olunmamışdı.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 09 May 2025 13:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















