Icma.az
close
up
RU
“Sibel Can heç kimlə evlənməyəcək, çünki evlidir”

“Sibel Can heç kimlə evlənməyəcək, çünki evlidir”

Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyəli aparıcı və müğənni Seren Serengil həmkarı Sibel Can haqqında diqqətçəkən paylaşım edib.

Axşam.az xəbər verir ki, Serengil sənətçinin şəxsi həyatı ilə bağlı yayılan evlilik xəbərlərinə etiraz edib və onun rahat buraxılmasını istəyib.

“Bir az Sibel Canı rahat buraxaqmı? Altı ayda bir Sibel Canı evləndirir hamı. Yenə hər yerdə “Sibel evlənir” xəbərləri var. Mən heç bir sənətçi üçün öz səhifəmdə belə bir şərh yazmaram, amma artıq bu qıza haqsızlıq edildiyini düşünürəm” deyə, o bildirib.

Serengil Sibel Canın illərdir şəxsi həyatını mediadan uzaq tutduğunu vurğulayıb:

“Hamımız onun səsini, mahnılarını, duruşunu, mədəniyyətini, heç kimə cavab verməməsini izləmişik. Onu çox sevirəm. Öz başına illərlə mahnılarını oxudu, proqramını hazırladı, televiziyaya çıxdı, uşaqlarını böyütdü. Heç vaxt münasibətlərini, xüsusilə də uşaqları böyüdükdən sonra gözümüzə soxmadı. Heç bir qalmaqala qarışmadı, pis sözə cavab vermədi. 

Aldadıldı, fəryad etmədi. Haqsızlıq gördü, şikayətlənmədi. Münasibət yaşadı, peşman olub-olmadığını belə bizə hiss etdirmədi. Xoşbəxtliyini gözümüzə soxmadı, sübut etməyə ehtiyac duymadı”.

Serengil sənətçinin görünüşü ilə bağlı edilən tənqidlərə də münasibət bildirib. O, Sibel Canın şəkər xəstəliyinin olduğunu və buna görə çəki alıb-verə bildiyini xatırladaraq, müğənninin xarici görünüşünün məsxərəyə qoyulmasını tənqid edib.

“Sanki dünyanın məşhur modelidir və kökəlib – bu nə qədər böyük günahdır ki, görüntüsü ilə belə lağ edildi. Yenə də heç nə demədi” deyə, Serengil yazıb.

Sibel Canın sənəti və xarakteri ilə hər kəsin həyatında xüsusi yer tutduğunu bildirən Serengil fikrini belə yekunlaşdırıb:

“Baxıram, hər yerdə onun evlənəcəyi yazılır. Sibel evlənməyəcək, məncə. Çünki Sibelın özünün kraliçası olduğu bir imperatorluğu var və onu özü idarə edir. Orada bir krala ehtiyacı yoxdur. Sevmək ayrıdır, o taxtı paylaşmaq ayrı… Mən deyim: O, heç kimlə evlənməyəcək. O, bizimlə evlidir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://axsam.az
archiveBu xəbər 06 Sentyabr 2026 22:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see292

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see280

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see250

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see225

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see223

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see220

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see214

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see210

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see210

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see200

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see190

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see187

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see186

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see186

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see184

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see183

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see180

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see180

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri