Sibel can oynayanda bəyənirsiniz, mənə isə əri hara baxır?
Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
Müğənni Qumral "Tarixin bir günü" canlı efirində səsləndirdiyi fikirlərlə diqqət çəkib.
Milli.Az xəbər verir ki, o, həm rəqsi, həm də səhnə performansı ilə bağlı ünvanına deyilən tənqidlərə cavab verib.
Qumral bildirib ki, səhnə sənətçidən enerji və performans tələb edir:
"Musiqi ilə qidalanıram, rəqsə getmişəm. Sibel Can oynayanda bəyənirsiniz, mən oynayanda yox? Deyirlər ki, 'ərin hara baxır, sən rəqs edirsən?' Oxuduğum ifalarla performans göstərirəm. Səhnə bunu tələb edir", - deyə o vurğulayıb.
Müğənni qeyd edib ki, istər səhnədə rəqs edən, istərsə də sakit dayanan sənətçilər tənqiddən qaça bilmir:
"Oynayanı da qınayırsınız, səhnədə tərpənməyəni də. Özündən razı olub mühafizəçi ilə gəzənlərə daha çox hörmət edirlər. Mən ucuz maşınla gəlsəm, yenə tənqid olunacağam. Heç vaxt 'mənəm-mənəm' deməmişəm. Mənim kimi qızı-gəlini günorta vaxtı əlinizdə lampa ilə tapa bilməzsiniz. Amma bəziləri 100 manatlıq efirə çıxıb söz sahibi olurlar, kimisə bəyənmirlər".
Sənətçi sonda cəmiyyətin uğur qazanan insanlara qarşı münasibətinə toxunub:
"Digər ölkələrdə oynayıb-oxuya bilməyənin tərəfini saxlayırlar, bizdə isə nəyisə bacaranı vururlar".
Onun bu açıqlamaları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi izləyicilər sənətçinin fikirlərini dəstəkləyib, digərləri isə səhnə davranışları ilə bağlı fərqli mövqe sərgiləyiblər.
Musa
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 16 Fevral 2026 18:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















