Icma.az
close
up
RU
Siçanlarda sınaqdan keçirilən müalicə xərçəngin inkişafını dayandırdı

Siçanlarda sınaqdan keçirilən müalicə xərçəngin inkişafını dayandırdı

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Cohns Hopkins Klinikasının alimləri süd vəzi, mədəaltı vəzi və əzələ toxuması şişləri olan siçanlar üzərində apardıqları eksperimental araşdırmalarda immun sistemini gücləndirməyin yeni yolunu tapıblar. Bu üsul xərçəngin təkrarlanmasının qarşısını alır və sağqalmanı yaxşılaşdırır.

Ölkə.az xəbər verir ki, araşdırmanın nəticələri "Nature Immunology" jurnalında dərc olunub.

Zərərli şişlər çox vaxt “immunosupressiv” və ya “immun baxımdan soyuq” olur – yəni immun sistem onları tanımır və hücum etmir. Belə xəstələr adətən ənənəvi müalicəyə zəif reaksiya göstərir və proqnozları pis olur. Tədqiqatçılar bu tip şişləri “oyadaraq” onları “isti” vəziyyətə gətirməyi hədəfləyiblər ki, B- və T-limfositlər daha aktiv şəkildə xərçəng hüceyrələrinə hücum etsin və kimyəvi, həmçinin immunoterapiyanın effektivliyi artsın.

Tədqiqatın əsas ideyası üçüncül limfoid strukturlardan (TLS) ibarət olub. Bunlar xroniki iltihab sahələrində, o cümlədən şiş mühitində əmələ gələn limfosit toplanmalarıdır. TLS-in olması daha yaxşı nəticələr və güclü immun cavabla əlaqələndirilir.

Bu effekti yaratmaq üçün alimlər TLS-lə zəngin mühiti “tərs yolla” bərpa edib, onların formalaşması üçün lazım olan siqnalları müəyyən ediblər. Daha sonra iki aktivator tətbiq edilib: biri STING adlı proteini, digəri isə limfotoksin-β reseptorunu (LTβR) stimullaşdırıb. Bu yolların eyni vaxtda aktivləşdirilməsi CD8+ T-hüceyrələrinin güclü reaksiyasına səbəb olub, şişlərin böyüməsini kəskin şəkildə dayandırıb və limfositlərin şişlərə daxil olaraq TLS yaratmasını təmin edən xüsusi qan damarlarının – yüksək endotelial venulların əmələ gəlməsini stimullaşdırıb.

TLS daxilində B-hüceyrələri yetişərək plazma hüceyrələrinə çevrilib, anticisimlər istehsal edib və uzunmüddətli immun yaddaş formalaşdırıb. Şişə spesifik IgG anticisimləri aşkar edilib, plazma hüceyrələri isə sümük iliyində qorunub saxlanıb – bu da sistemli və davamlı immun müdafiənin göstəricisi sayılır.

Müalicə həmçinin CD4+ (yardımçı) T-hüceyrələrinin və “yaddaş” CD8+ T-hüceyrələrinin sayını artırıb, immun siqnallarını balanslaşdıraraq həm humoral (anticisimlərlə), həm də hüceyrəvi cavabı gücləndirib.

Tədqiqatın rəhbəri Masanobu Komatsunun sözlərinə görə, bu terapiya əvvəllər “soyuq” olan şişlərdə funksional TLS-ləri induksiya etməyin mümkünlüyünü göstərib. Bu isə şiş daxilində “immun infrastruktur” yaradaraq xəstənin öz immunitetinə xərçəngin böyüməsi, təkrarlanması və metastazlara qarşı daha effektiv mübarizə aparmağa imkan verir.

Alimlər qeyd edirlər ki, TLS-in olması bir çox şiş növlərində yaxşı nəticələrlə əlaqələndirildiyi üçün STING və LTβR stimulyatorlarının birgə istifadəsi mövcud müalicələrin (məsələn, immun nəzarət nöqtələrinin inhibitorları, kimyaterapiya) effektivliyini artırmaq üçün universal yanaşma ola bilər.

Komandanın növbəti planı – terapiyanın fəaliyyət mexanizmlərini daha dərindən öyrənmək və böyüklər, həm də uşaqlar üzərində klinik sınaqlara hazırlaşmaqdır.

Həmidə İbrahimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://olke.az
archiveBu xəbər 01 Oktyabr 2025 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri