Icma.az
close
up
RU
Sidiyin rəngi və qoxusu hansı xəstəliklərin göstəricisidir?

Sidiyin rəngi və qoxusu hansı xəstəliklərin göstəricisidir?

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sidik, sadəcə, toksinlərin və artıq suyun bədəndən xaric olunması demək deyil. Bədənlə bağlı bir çox gizli məlumatları da məhz sidik verir.

Sidiyin ən önəmli xüsusiyyətlərindən biri də onun rəngidir. Şəffaf və ya solğun sarı rəngdə olan sidiyin rənginin dəyişməsi bir çox xəstəliklərin göstəricisidir. Düzdür, yediyimiz qidalar da onun rənginin dəyişməsinə səbəb ola bilər, lakin əksər sağlamlıq problemləri sidiyin rənginə təsir edir.

Təzə sidik, demək olar, iysizdir. Lakin havanın təsiri nəticəsində sidikdə müəyyən proseslər baş verir ki, nəticədə ifraz olunduqdan bir müddət sonra sidiyin iyi dəyişilir və ondan kəskin ammiak iyi gəlir.

Tünd rəng orqanizmin susuz qalmasından xəbər verir

Sidiyin tünd rəngdə olması orqanizmin susuz qalmasının göstəricisidir. Maye çatışmazlığından xəbər verən tünd rənglə birlikdə pis qoxu da ola bilər. Belə vəziyyətlərdə bol-bol su için.

Hamiləmisizmi?

Evdə aparılan hamiləlik testləri sidiyin tərkibində HCG hormonunun olduğunu müəyyən edir. Bəzi qadınlar hamilə olduğunu öyrənməzdən əvvəl sidiklərindən kəskin qoxu gəldiyini bildirir.

Hansı növ meyvələr sevirsiniz?

Bəzi meyvə və tərəvəzlərin tərkibində olan tünd piqmentlər sidiyin rəngini qırmızıya çevirə bilər. Qulançar yedikdən sonra sidiyin pis qoxacağını da unutmayın. Bu tərəvəzdə olan maddə pis qoxuya səbəb olur.

Tünd sarı – bu rəng böyrəklərdə problem olmasına və ya sarılıq xəstəliyinə işarədir. Qəti qərara gəlmək üçün həkim məsləhətinə ehtiyac var.

Narıncı rəng – orqanizmdə C vitamininin çoxluğu sidiyi narıncı rəngə çevirə bilər.

Bulanıq qəhvəyi rəng – bu rəng ciddi sağlamlıq problemindən xəbər verir. Belə ki, bu rəng qara ciyər problemi, hepatit, dəri xərçəngi kimi ciddi xəstəliklərin xəbərçisidir ki, bu zaman həkimə muraciət təxirəsalınmazdır.

Qırmızı rəng və ya qanlı sidik – bu zaman sidik ya qırmızı olur və ya sidikdə qan damcıları görünür. Əsas səbəb kimi böyrək daşlarını göstərmək mümkündür ki, həmçinin bu vaxt da həkimə müraciət təxirəsalınmazdır.

Mavi və yaşıl - Asparagus sidik rənginin yaşımtıl olmasına yol aça bilər. Dərman müalicələri və bəzi multivitaminlər sidik rənginin göy rəngə çalan olmasına gətirib çıxarar. Buna bədəndə kalsium çoxluğu səbəb olur.(tabloid.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://olke.az
archiveBu xəbər 02 Yanvar 2025 09:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see231

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see207

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see201

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see144

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri