Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Şifahi podrat müqaviləsi etibarsızdır? Ali Məhkəmədən qərar

Şifahi podrat müqaviləsi etibarsızdır? Ali Məhkəmədən qərar

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu podrat müqavilələrindən irəli gələn mübahisələr üzrə məhkəmə təcrübəsinin vahidliyini təmin etmək məqsədilə yeni qərar qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.

Bildirilib ki, qərarda podrat müqaviləsinin hüquqi mahiyyəti, kommersiya subyektlərinə münasibətdə podrat müqaviləsinin forma tələbləri və “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə əməl edilməməsinin mülki-hüquqi nəticələri, müqavilə tərəflərinin hüquqları və öhdəlikləri ətraflı izah olunur:

“Bu hüquqi mövqelər həm sahibkarlar, həm dövlət qurumları, həm də vətəndaşlar üçün müqavilə münasibətlərinin daha təhlükəsiz və hüquqi baxımdan müəyyən şəkildə qurulmasına xidmət edir.

Podrat müqaviləsi nədir?

Podrat müqaviləsi podratçının burada nəzərdə tutulan işi icra etmək, sifarişçinin isə bunun müqabilində razılaşdırılmış haqq (muzd) ödəmək öhdəliyini nəzərdə tutan sənəddir. Podrat müqaviləsinin predmetini podratçı tərəfindən müəyyən bir işin görülməsi və həmin işin nəticəsinin sifarişçiyə təhvil verilməsi təşkil edir.

Podrat müqaviləsi ilə xidmət müqaviləsinin fərqi

Plenum qərarında göstərilir ki, podrat və xidmət müqavilələri fərqli hüquqi nəticələr doğuran müstəqil müqavilə növləridir. Təcrübədə bu münasibətlərin qarışdırılması tərəflərin hüquq və vəzifələrinin, məsuliyyətinin və tətbiq edilməli hüquq normalarının yanlış müəyyənləşdirilməsinə səbəb ola bilər. Buna görə müqavilənin hüquqi təbiəti yalnız onun adına görə deyil, faktiki məzmunu, tərəflərin öhdəliklərinin xarakteri və əldə edilməli nəticənin mahiyyəti nəzərə alınmaqla müəyyən edilməlidir.

Podrat müqaviləsində əsas məqsəd gözlə görünən və ya maddiləşə bilən (o cümlədən elektron formada təqdim olunan) konkret nəticənin əldə edilməsidir. Məsələn, daşınmaz əmlak tikilir və ya təmir olunur, yol çəkilir, avadanlıq quraşdırılır, kompüter proqramı hazırlanır və s. İcraçının məsuliyyəti də həmin nəticənin keyfiyyəti ilə bağlıdır.

Xidmətlərin göstərilməsi isə maddiləşə bilən nəticə yaratmadan, sifarişçiyə fayda və ya kömək göstərən fəaliyyətdir. Onun məqsədini həmin fəaliyyətin özü təşkil edir. Məsələn, mühafizə və ya təmizlik xidməti, hüquqi və ya mühasibatlıq xidməti, tədris xidməti və s. Xidmət göstərən şəxs konkret nəticənin əldə olunmasına zəmanət vermir. Onun məsuliyyəti podrat münasibətlərindən fərqli olaraq nəticənin keyfiyyəti ilə deyil, fəaliyyətin özünün lazımi qaydada və vicdanla icrası ilə bağlı olur.

Podrat müqaviləsi hansı formada bağlanmalıdır?

Mülki Məcəllədə podrat müqaviləsi üçün xüsusi forma tələbi müəyyən edilməsə də, kommersiya fəaliyyətinin qanunvericilik əsasları (Vergi Məcəlləsi, Şəhərsalma və Tikinti Məcəlləsi, “Nağdsız hesablaşmalar haqqında” Qanun və s.) kommersiya subyektləri arasında belə müqavilələrin yazılı formada bağlanmasını zəruri edir.

Kommersiya münasibətlərinin sistemli, mürəkkəb, gəliryönümlü, risk və məsuliyyət daşıyan xarakteri bu münasibətlər üzrə daha yüksək sübutetmə standartını tələb edir. Yazılı müqavilə tərəflərin iradəsinin dəqiq, birmənalı və aydın ifadəsini təmin edir, hüquqi müəyyənliyi qoruyur və hüquqdan sui-istifadə imkanını məhdudlaşdırır. Bu baxımdan kommersiya subyektləri arasında olan münasibətlərdə podrat müqaviləsi yazılı formada bağlanmalıdır.

“Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə əməl edilməməsinin mülki-hüquqi nəticələri

Plenum Qərarında xüsusi olaraq vurğulanır ki, dövlət satınalmaları haqqında qanunvericiliyin tətbiq olunduğu podrat işləri üzrə şifahi müqavilələrin bağlanmasına yol verilmir.

Şifahi formada və ya “Dövlət satınalmaları haqqında” Qanunda müəyyən edilən qaydalara əməl edilmədən yazılı formada bağlanan müqavilə etibarsızdır. Həmin formada bağlanmış müqavilələrdən irəli gələn iddialar üzrə əqdin etibarsızlığının nəticələrinin (yəni hər bir tərəfin əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı olması) tətbiqi, habelə qanundan irəli gələn digər hüquq münasibətlərinin (məsələn, əsassız varlanma) yaranması bir qayda olaraq istisna edilir.

Belə ki, mülki qanunvericiliyin vəzifələrindən birini mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi təşkil edir. Mülki Məcəllənin əqdin etibarsızlığının nəticələrinin tətbiqi və əsassız varlanmaya dair qaydaların məqsədi də məhz qanuni hüquq və mənafelərin müdafiəsindən ibarətdir. Qanunvericiliyin tələblərini bilərəkdən pozaraq hüquq münasibətlərinə daxil olan şəxslərin isə qanundan irəli gələn hüquq və mənafeləri yaranmır. Bundan əlavə, əqdin etibarsızlığının nəticələrinin və ya əsassız varlanmaya dair qaydaların tətbiq edilməsi “Dövlət satınalmaları haqqında” Qanunun pozulmasına şərait yaradır. Çünki bu halda həmin müqavilələr üzrə pul vəsaitlərinin ödənilməsi faktiki təmin edilməklə onun yalnız hüquqi əsası dəyişmiş olur.

Bu qəbildən olan işlərə baxılarkən, müvafiq dövlət orqanının vəzifəli şəxslərinin hərəkətlərində cinayətin əlamətləri aşkara çıxarsa, Mülki Prosessual Məcəllənin 265.4-cü maddəsinə əsasən xüsusi qərardad da qəbul edilməlidir.

Bununla yanaşı, Plenum istisna halları da nəzərdə tutur. Bu qəbildən olan işlərə baxılarkən podratçıların hansı sahədə və neçə müddət fəaliyyət göstərmələri, əvvəllər dövlət orqanları ilə müqavilə münasibətlərində olub-olmamaları, onların “Dövlət satınalmaları haqqında” Qanunun tələblərindən məlumatlı olub-olmamaları nəzərə alınmalıdır. Belə qiymətləndirmə nəticəsində həmin şəxslərin müqavilələrin qanunazidd olmasını bilmədikləri, bunu bilməyə imkanlarının olmadıqları və bu baxımdan vicdanlı hərəkət etmələri müəyyən edildikdə, həmin işlər üzrə çəkilmiş xərclərin dəyəri orta bazar qiymətlərinə əsasən müəyyən edilərək, əsassız varlanma qaydalarına uyğun olaraq dövlət orqanlarından tutulmalıdır.

Ali Məhkəmə tövsiyə edir ki, podrat münasibətlərində hüquqi risklərin qarşısının alınmasının ən etibarlı yolu müqavilənin qanunvericiliyin tələblərinə uyğun tərtib edilməsidir. Müqavilə bağlanarkən peşəkar hüquqi yardımdan istifadə olunması kommersiya risklərini azaltmaqla yanaşı, sonradan uzunmüddətli məhkəmə mübahisələrinin və əlavə xərclərin qarşısını ala bilər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 27 Avqust 2026 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see299

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see293

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see277

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see275

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see274

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see273

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see267

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see267

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see267

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see260

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see240

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see239

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see236

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see232

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see231

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see229

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see229

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see225

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see225

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri