Icma.az
close
up
RU
Şifahi xəbərdarlıq elan edilən icra başçısı kimdir? DOSYE

Şifahi xəbərdarlıq elan edilən icra başçısı kimdir? DOSYE

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın rayon icra hakimiyyətlərinin başçıları və şəhər kommunal xidmətlərinin rəhbərlərinin  iştirakı ilə növbəti müşavirə keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, müşavirədə şəhərin sanitar təmizliyinin və onun yaz-yay mövsümünə hazırlığının vəziyyəti, əsaslı təmir, abadlıq və yaşıllaşdırma işləri və o cümlədən qanunsuz tikintilərlə bağlı məsələlər müzakirə olunub.
İclasda çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov yol verilən nöqsanlara görə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısına töhmət, Xəzər Rayon İcra Hakimiyyətinin başçısına isə şifahi xəbərdarlıq elan edib. Şəhər rəhbəri rayon başçılarından yerlərdə  vəziyyəti yaxşılaşdırmaq üçün təcili tədbirlərin görülməsini tələb edib.
Qeyd edək ki, şifahi xəbərdarlıq elan edilən icra başçısı Elşən Rövşən oğlu Salahovdur. O, 5 fevral 2019-cu il tarixindən Xəzər rayonuna rəhbərlik edir.

Modern.az saytı Elşən Salahovun tərcümeyi-halını təqdim edir.
Elşən Rövşən oğlu Salahov 1977-ci ildə Bakı şəhərində anadan olub. 1994-cü ildə Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi 237 saylı orta məktəbi bitirib.

2000-ci ildə Xəzər Universitetini beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr pilləsini, 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini maliyyə ixtisası üzrə magistratura pilləsini bitirib.

2017-ci ildə Azərbaycan Respulikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə ikinci təhsil alıb.

Əmək fəaliyətinə Prezident yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində çalışmaqla başlayıb.

1999-cu ildə Qiymətli kağızların tədavülünün tənzimlənməsi departamentinin Qiymətli kağızlar bazarının broker və diler fəaliyyətinin tənzimlənməsi şöbəsində baş mütəxəssis vəzifəsinə təyin olunub.

2003-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatına buraxıldıqdan sonra, Qiymətli kağızların buraxılışı və qeydiyyatı departamentinin Lotereya fəaliyyətinin lisenziyalaşdırılması və nəzarət şöbəsində baş mütəxəssis vəzifəsində əmək fəaliyyətini davam etdirib.

2006-cı ildə dövlət qulluğunda irəli çəkilərək, Qiymətli kağızların buraxılışı və qeydiyyatı şöbəsinin Lotereya fəaliyyətinin tənzimlənməsi sektorunda müdir vəzifəsinə təyin olunub. 2009-cu illədək həmin vəzifədə çalışıb.

2009-cu ildə “Bank Standart” Kommersiya Bankının Mərdəkan filialının direktoru vəzifəsinə təyin olunub. 2014-cü illədək həmin vəzifədə çalışıb.

2014-cü ildə Xəzər Rayon İcra Hakimiyyəti başçısı Aparatının Rayon Təsərrüfatı şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 2018-ci ilədək həmin vəzifədə çalışıb.

2018-ci ildə dövlət qulluğunda irəli çəkilərək, Xəzər Rayon İcra Hakimiyyəti başçısının I müavini vəzifələrinə təyin edilib. 2019-cu ilədək həmin vəzifədə çalışıb.

Azərbaycan Prezidentinin 5 fevral 2019-cu il tarixli Sərəncamı ilə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib.

2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Rus və ingilis dillərini bilir.

Ailəlidir, 2 övladı var.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Fevral 2026 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see392

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see308

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see236

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see231

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see220

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see213

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see211

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see210

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see199

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see199

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see194

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see193

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see191

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see181

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see175

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see175

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri