Icma.az
close
up
RU
Sıfır emissiya ilə bağlı qərarın detalları

Sıfır emissiya ilə bağlı qərarın detalları

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Baş naziri tərəfindən 22 oktyabr 2026-cı il tarixində “Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası” təsdiq edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, strategiya ölkənin iqtisadi inkişafını davam etdirməklə iqlimə təsirin azaldılmasını, 2060-cı ilədək xalis sıfır emissiya hədəfinə nail olunmasını nəzərdə tutur.

Xalis sıfır emissiya atmosferə buraxılan istixana qazlarının mümkün qədər azaldılması, qalan emissiyaların isə meşələr və digər təbii və texnoloji həllər vasitəsilə udulması ilə tarazlaşdırılması deməkdir.

Strategiya bu məqsədə doğru energetika, nəqliyyat, sənaye, neft-qaz, kənd təsərrüfatı, binalar və tullantıların idarə olunması sahələrində mərhələli dəyişiklikləri nəzərdə tutur.

Praktik olaraq bu, günəş və külək enerjisindən istifadənin genişləndirilməsi, evlərdə və müəssisələrdə enerjiyə qənaət, daha təmiz nəqliyyatın inkişafı, neft-qaz sektorunda metan sızmalarının azaldılması, tullantıların çeşidlənməsi və təkrar emalı, meşələrin qorunması və bərpası kimi tədbirləri əhatə edir. Bu dəyişikliklər daha təmiz ətraf mühitlə yanaşı, yeni iş yerlərinin yaranmasına, müasir texnologiyaların tətbiqinə və iqtisadiyyatın rəqabət qabiliyyətinin güclənməsinə imkan yarada bilər.

Strategiyada 2035-ci ilədək istixana qazları emissiyalarının 1990-cı illə müqayisədə 40 faiz azaldılması hədəfi ilə 2060-cı il üçün uzunmüddətli baxış arasında əlaqə müəyyənləşdirilib. Qarabağ və Şərqi Zəngəzurda, eləcə də Naxçıvanda “yaşıl enerji zonaları”nın inkişafı da bu keçidin mühüm istiqamətlərindəndir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin milli əlaqələndirici qurum qismində iştirakı və aidiyyəti dövlət qurumlarının birgə fəaliyyəti çərçivəsində hazırlanan sənədin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyinə təqdim edilməsi nəzərdə tutulur.

Strategiya Azərbaycanın Paris Sazişi çərçivəsində qlobal iqlim səylərinə töhfəsini və uzunmüddətli inkişaf istiqamətlərini beynəlxalq ictimaiyyətə çatdırmaqla yanaşı, tərəfdaşlar və investorlar üçün ölkənin prioritetlərini daha aydın və şəffaf şəkildə ortaya qoyacaq.

Strategiya COP29 çərçivəsində önə çəkilən iqlim hədəflərinin konkret fəaliyyətə çevrilməsi yanaşmasını milli səviyyədə davam etdirir. Bakıda iqlim maliyyəsi üzrə əldə olunmuş razılaşmalar və iqlim diplomatiyası çərçivəsində davam etdirilən beynəlxalq dialoq strategiyanın icrası üçün maliyyə və texnologiyalara çıxışın yaxşılaşdırılması, eləcə də tərəfdaşlıq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyət daşıyır.

Sənəddə vurğulanır ki, 2060-cı il hədəfinə çatmaq üçün beynəlxalq maliyyə dəstəyi, qabaqcıl texnologiyalara çıxış və onların ötürülməsi, güzəştli kreditlər, qrantlar və özəl investisiyalar mühüm əhəmiyyət daşıyır.

Keçidin uğuru həm də mütəxəssislərin hazırlanmasından, yeni bacarıqların inkişafından və cəmiyyətin iştirakından asılı olacaq.

Strategiyanın məqsədlərini ictimaiyyətə açıqlamaq üçün elmi müəssisə və təşkilatların, vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə ictimai təqdimatların təşkili nəzərdə tutulur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:60
embedMənbə:https://axar.az
archiveBu xəbər 22 Oktyabr 2026 23:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see309

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see297

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see273

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see269

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see248

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see247

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see244

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see233

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see226

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see225

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see222

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see214

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see214

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see203

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see177

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri