Icma.az
close
up
RU
“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.

5 İyun – Ümumdünya Ətraf Mühit Günü münasibətilə 2026-cı ilin "Sıfır Tullantı” həmrəylik marafonuna Mingəçevir şəhərində start verilib. Marafon Qırmızı Ürəklər Fondu və Kapital Bank-ın təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə həyata keçirilib.

Mingəçevir şəhərinin sahil zolağında baş tutan aksiya zamanı ümumilikdə 1346 kiloqram məişət tullantısı toplanaraq aidiyyəti üzrə təhvil verilib. Sahilyanı ərazilərin təmizlənməsi təşəbbüsünə bankın Mingəçevir, Ağdaş, Ucar və Kürdəmir filial şəbəkələrindən 24 əməkdaş könüllü olaraq qoşulub.

Aksiyanın əsas məqsədi tullantıların düzgün idarə olunmasının və ətraf mühitin təmiz saxlanılmasının vacibliyinə diqqət çəkmək, eyni zamanda sahilyanı ərazilərin ekoloji vəziyyəti ilə bağlı ictimai həssaslığı artırmaqdır.

Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2024-cü ilin "Yaşıl Dünya Naminə Həmrəylik İli” elan olunması çərçivəsində Qırmızı Ürəklər Fondu və Kapital Bank tərəfindən başladılan "Sıfır Tullantı” həmrəylik marafonu artıq davamlı ekoloji təşəbbüsə çevrilib. O qeyd edib ki, layihə ekoloji maarifləndirmənin gücləndirilməsinə, məsuliyyətli davranışın təşviqinə və vətəndaşların təbiətin mühafizəsində daha fəal iştirakına töhfə verməyi hədəfləyir.

Qeyd edək ki, marafon çərçivəsində sahilyanı, dağlıq və meşə ərazilərində təmizlik aksiyalarının həyata keçirilməsi, tullantılarla bağlı maarifləndirmənin artırılması və davamlı həyat tərzinin təşviqi nəzərdə tutulur. 2026-cı ildə təşəbbüsün müxtəlif bölgələrdə davam etdirilməsi planlaşdırılır.

"Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən "Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil ola bilərsiniz. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 05 İyun 2026 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see391

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see388

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see356

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see344

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see315

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see287

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see269

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see262

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see245

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see240

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see234

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see228

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see218

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see216

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see209

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see203

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see196

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see194

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see175

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri