Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İstanbul, 8 avqust, AZƏRTAC
Türkiyənin Sıfır Tullantı Vəqfi son dövrlərdə xüsusilə Aralıq və Egey dənizləri sahillərində, eləcə də çaylarda müşahidə olunan plastik tullantı və mikroplastik çirklənməyə qarşı genişmiqyaslı sahə araşdırmasına başlayır.
AZƏRTAC xəbər verir ki, Sıfır Tullantı Vəqfinin prezidenti, COP31-in yüksəksəviyyəli iqlim çempionu Samed Ağırbaşın iştirakı ilə yaxın günlərdə Antalya, Mersin, Muğla və Adana vilayətlərində keçiriləcək araşdırmalar zamanı plastik tullantıların quru ərazilərdən su mənbələrinə və dənizlərə daşınması ilə bağlı mövcud vəziyyət yerində öyrəniləcək.
Proqram çərçivəsində sahillərdə və çaylarda müşahidə olunan plastik tullantıların mənbələri, tullantıların ətraf mühitə atılmasına səbəb olan proseslər, mövcud tullantıların idarə olunması təcrübəsi və əlavə görülə biləcək tədbirlər qiymətləndiriləcək.
Sahə araşdırmaları nəticəsində əldə olunacaq məlumatların plastik çirklənməyə qarşı mübarizə istiqamətində konkret həll təkliflərinin hazırlanmasına və siyasətin formalaşdırılması üzrə işlərə töhfə verməsi gözlənilir.
Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 08 Avqust 2026 16:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















