Icma.az
close
up
RU
Şifrə girişi tarixə qovuşur: Apple avtomatik doldurma funksiyasını genişləndirir

Şifrə girişi tarixə qovuşur: Apple avtomatik doldurma funksiyasını genişləndirir

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Apple", iOS 26 və macOS Tahoe yeniləmələri ilə birlikdə avtomatik doldurma (AutoFill) funksiyasını daha da təkmilləşdirir. Artıq "Google Voice" və "Chrome", "Gmail" kimi üçüncü tərəf tətbiqlərindən gələn doğrulama kodları da avtomatik şəkildə doldurula biləcək.

Milli.Az xəbər verir ki, proqram mühəndisi Ceyn Mançun Vonqun paylaşdığı məlumatlara əsasən, iOS 26 yalnız "Apple"ın "Mesajlar" tətbiqindən deyil, həm də "Gmail" və "Google Voice" kimi üçüncü tərəf platformalardan gələn bir dəfəlik doğrulama kodlarını avtomatik şəkildə tanıyaraq doldura bilir. Bu xüsusilə iki mərhələli identifikasiya prosesi zamanı istifadəçilər üçün ciddi rahatlıq yaradır.

"MacRumors"un xəbərinə görə, macOS Tahoe da oxşar şəkildə avtomatik doldurma funksiyasını genişləndirir. Artıq bu imkan yalnız "Safari" ilə məhdudlaşmır, "Google Chrome" kimi digər brauzerlər və "Mesajlar" tətbiqi vasitəsilə göndərilən kodlar da avtomatik şəkildə tanınıb doldurula bilir. Əvvəlki versiyalarda bu funksionallıq yalnız "Safari" ilə məhdud idi.

Bu yeniliklər "Apple"ın AutoFill funksiyasını daha əhatəli və istifadəçi yönümlü edir. Xüsusilə mütəmadi olaraq doğrulama kodu daxil edən istifadəçilər üçün bu yeniliklər həm vaxt qazancı, həm də istifadə rahatlığı baxımından böyük üstünlük təmin edir.

Hazırda həm iOS 26, həm də macOS Tahoe versiyaları yalnız proqramçılar üçün beta rejimində təqdim olunur. İyul ayında isə ümumi istifadəçilər üçün açıq beta versiyalarının istifadəyə verilməsi gözlənilir. Proqram təminatının yekun versiyaları ilin sonuna yaxın bütün istifadəçilərə təqdim ediləcək. Yeni avtomatik doldurma funksiyası da həmin vaxtdan etibarən ümumi istifadəyə açılacaq./HİT.az

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 18 İyun 2025 04:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri