Sığorta bazarı üzrə yığımlar 1,11 mlrd. manata çatıb
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan sığorta bazarı üzrə yığımlar 9% və ya 93 milyon manat artaraq 1 milyard 112 milyon manata çatıb.
"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu dövrdə həyata keçirilən sığorta ödənişlərin həcmi 36,7% artaraq 622 milyon manata yüksəlib.
Sığorta bazarının zərərlilik göstəricisi artıb. Belə ki, ötən ilin ilk 10 ay ərzində toplanmış hər 100 manat sığorta haqqının 44,6 manatı ödənişə yönəldilibsə, bu ilin eyni dövründə bu rəqəm 55,9 manata yüksəlib.
Qeyd edək ki, sığorta bazarının aparıcı növlərindən biri olan həyatın yaşam sığortası üzrə qanuna dəyişiklik edilməsi gözlənilən yenilikdən sonra 2025-ci ildən ümumi sığorta bazarı üzrə yığımlarda azalma müşahidə oluna bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 26 Noyabr 2024 11:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















