Icma.az
close
up
RU
Sığorta etimadın açarı kimi: Orta Dəhliz beynəlxalq logistika üçün necə daha təhlükəsiz olur EKSPERT

Sığorta etimadın açarı kimi: Orta Dəhliz beynəlxalq logistika üçün necə daha təhlükəsiz olur EKSPERT

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 16 oktyabr, Tamilla Məmmədova, AZƏRTAC

Orta Dəhliz Avropa ilə Asiya arasında ən perspektivli nəqliyyat marşrutlarından birinə çevrilərək biznes və ticarət üçün yeni imkanlar açır. İnfrastrukturun inkişafı və yük axınlarının artması ilə yanaşı, logistika zəncirinin bütün iştirakçılarına qorunma və inam təmin edən müasir sığorta həllərinə ehtiyac da artır. Etibarlı sığorta mexanizmləri riskləri minimuma endirməyə və tərəfdaşlar arasında əlavə etimad səviyyəsi yaratmağa kömək edir. Məhz bunun sayəsində Orta Dəhliz ənənəvi marşrutlara tədricən rəqabətqabiliyyətli və dayanıqlı alternativə çevrilir.

AZƏRTAC nəqliyyat və logistika üzrə ekspert Stanislav Kovalyovla müsahibəni təqdim edir.

– Cənab Kovalyov, Xəzər üzərindən keçən dəniz hissəsində sığorta baxımından hansı risk aspektlərinə xüsusi diqqət yetirilməlidir - texniki, iqlim yoxsa hüquqi?

– Məncə, sığortaçılar üçün əsas “maneə daşı” gəmilərin yaşı, onların sinfi və P&I (Protection and Indemnity – “Qoruma və Kompensasiya”) örtüyüdür ki, bu da gəmi sahibinin və ya fraxtçının fəaliyyətinə görə məsuliyyət sığortasının formasıdır. Bu parametrlər birbaşa şəkildə yekun sığorta haqqının (premiyanın) səviyyəsini müəyyənləşdirir, yəni söhbət, ilk növbədə, texniki riskdən gedir. Detallara diqqətli yanaşma və surveyrların (əmlakı, yükləri və ya nəqliyyat vasitələrini yoxlayan və qiymətləndirən mütəxəssis – red.) tələblərinə ciddi əməl etməklə bir çox təhlükələri real şəkildə minimuma endirmək mümkündür.

– Azərbaycan Ələt limanını fəal şəkildə inkişaf etdirərək onu Orta Dəhlizin əsas qovşağına çevirir. Yüklərin qorunması üçün infrastrukturla yanaşı müasir sığorta mexanizmlərinin inkişafı nə dərəcədə vacibdir?

– Dəniz sığortası şərtləri, o cümlədən yük sığortası qaydaları çoxdan hazırlanıb. Hər 5–7 ildən bir London Sığortaçılar İnstitutunun əsas qaydalarında, yəni sığorta müqavilələrinə dair standart şərtlərdə kiçik, lakin mühüm dəyişikliklər baş verir və bu dəyişikliklər, şübhəsiz ki, müasir reallıqları əks etdirir.

Mən həmişə vurğulayıram ki, sığorta məhsullarının nəzərdə tutulduğu kimi işləməsi üçün bir məqam son dərəcə vacibdir, yəni “yükün sığortası” ilə “logistika operatorunun məsuliyyət sığortası” anlayışlarını qarışdırmaq olmaz. Logistika zəncirinin hər bir iştirakçısı öz məsuliyyətini və sığorta limitlərini əhatə edən fərdi sığortayamalik olmalıdır. Belə yanaşma kompleks müdafiəni təmin edir və bütün tərəflər üçün riskləri minimuma endirir.

– Cənubi Qafqazda yük axınlarında nəzərəçarpan artım müşahidə olunur, lakin infrastruktur bu templə hər zaman ayaqlaşa bilmir. Daşıyıcılar üçün gecikmə və itki risklərini minimuma endirəcək hansı sığorta həlləri mövcuddur?

– Əslində, məhz bu cür risklər üçün xüsusi sığorta məhsulları hələ ki mövcud deyil. Buna görə də burada əsas məsələ əlavə müqavilə öhdəlikləri götürməmək və daşıma sifarişi və ya malın qəbul sənədlərini imzalayarkən bütün sənədləri diqqətlə yoxlamaqdır. Bu yanaşma potensial riskləri minimuma endirməyə və gecikmə və ya itkilərlə bağlı xoşagəlməz hallardan yayınmağa kömək edəcək.

– Tez-tez bildirilir ki, tarif və inzibati maneələr Orta Dəhlizin inkişafını ləngidir. Beynəlxalq yükdaşıyıcılar üçün etimad və proqnozlaşdırıla bilənlik baxımından sığorta bazarı hansı rol oynaya bilər?

– Şübhəsiz ki, sığorta “xidmət təklif edən” üçün güclü vasitədir, çünki o, müştərisinə reytinqi yüksək olan sığorta şirkətlərindən etibarlı məhsulları da əhatə edən kompleks xidmət təqdim edə bilər.

Qeyd etmək lazımdır ki, Avropa sığorta şirkətlərinin tarifləri daha yüksək olsa da, sığortaya çəkilən xərclərin daşınmanın ümumi büdcəsindəki payı kifayət qədər aşağıdır və adətən bu, yükün dəyərinin cəmi 0,15–0,35 faizi təşkil edir.

Beləliklə, düzgün qurulmuş sığorta təminatı bütün zəncir iştirakçıları arasında etimad və proqnozlaşdırıla bilənlik səviyyəsini artırır ki, bu da mövcud maneələr fonunda xüsusilə qiymətlidir.

– Orta Dəhliz üzrə fəaliyyət göstərən müştərilər arasında hansı sığorta məhsullarına daha çox tələbat var? Suets kanalı üzərindən keçən ənənəvi dəniz marşrutlarından istifadə edənlərlə müqayisədə fərqlər varmı?

– Ümumilikdə vəziyyət standartdır, belə ki, bunlar yükün özünün sığortası və ekspeditor və ya daşıyıcının məsuliyyət sığortasıdır.

Lakin Orta Dəhliz üzrə fəaliyyət zamanı sığorta polis şərtlərinə, xüsusilə də istisnalar siyahısına diqqətlə yanaşmaq son dərəcə vacibdir. Sığorta şirkətinə təqdim edilən məlumatların dəqiqliyi və tamlığı çox şeyi müəyyən edir.

Məsələn, çox vaxt polisdə yalnız əsas daşıyıcının deyil, həm də cəlb edilən bütün subpodratçıların məsuliyyət sığortasının olması tələbi göstərilir. Bu şərtdən kənara çıxmağı planlaşdırırsınızsa, əvvəlcədən sığortaçının yazılı razılığını almalısınız. Bu cür detallar işin nəticəsinə ciddi təsir göstərə bilər, buna görə də bu məsələdə diqqətli olmaq son dərəcə vacibdir.

– Avropa Orta Dəhlizə getdikcə daha çox maraq göstərir. Etibarlı sığorta alətlərinin mövcudluğu Avropa şirkətlərinin şimal və cənub marşrutlarından yükləri bu istiqamətə yönəltməyə hazır olmalarına nə dərəcədə təsir edə bilər?

– Bu, həqiqətən də mühüm amildir. Hazırda hələ də sığorta təminatı olmadan fəaliyyət göstərən daşıyıcı və ekspeditorların kifayət qədər yüksək payı müşahidə olunur. Mənim fikrimcə, məhz bu məsələdən başlamaq lazımdır, yəni, iştirakçılar arasında intizam və sığorta mədəniyyəti formalaşdırılmalıdır.

Əgər daşıyıcının ayda cəmi 20–30 dollar dəyərində məsuliyyət sığortası polisi belə yoxdursa, onun ümumilikdə nə dərəcədə etibarlı olduğu barədə düşünmək gərəkdir. Avropalı yükdaşıyıcılar şəffaflıq, idarəolunan risklər və proqnozlaşdırıla bilən amilə üstünlük verirlər və bu baxımdan sığorta əsas rol oynayır.

Etibarlı sığorta alətləri məhz o “etimad göstəricisinə” çevrilə bilər ki, bu da yüklərin alternativ marşrutlara, o cümlədən Orta Dəhliz üzərindən yönəldilməsinə təsir edəcək.

– Beynəlxalq sığortaçılar baxımından Orta Dəhlizə etimadı artırmaq üçün hansı tədbirlər vacibdir: daha çox şəffaflıq, vahid qaydalar, rəqəmsal platformalar, birgə fondlar?

– Sözsüz ki, burada əsas amillərdən biri şəffaflıqdır, xüsusilə qarşı tərəfin yoxlanılması məsələlərində lazımdır. Bu, həm də bəzi fəaliyyət növlərinin lisenziyalaşdırılmasını əhatə edə bilər ki, bu da dövlət nəzarətini gücləndirəcək.

Belə tədbirlər bütün iştirakçılar üçün daha proqnozlaşdırıla bilən və təhlükəsiz mühitin formalaşmasına imkan verəcək. Bunun nəticəsində beynəlxalq sığortaçılar real risklərə daha uyğun, dəqiq və effektiv sığorta məhsulları təklif edə biləcəklər. Nəticə etibarilə bu, Orta Dəhlizin etibarlı nəqliyyat marşrutu kimi möhkəmlənməsinə və inkişafına mühüm töhfə olacaq.

– Orta Dəhlizi, fərz edək ki, 10 ildən sonra təsəvvür edirik. O zaman regionda sığorta bazarını necə görürsünüz? Hansı risklər arxa plana, hansılar isə əksinə, ön plana keçəcək?

– Risklər, təbii ki, bizim işimiz kimi heç yerə yox olmayacaq. Lakin infrastrukturun düzgün inkişafı, möhkəmləndirilməsi və şəffaf tarif siyasəti şərtləri altında sığorta tariflərinin azalacağı şübhəsizdir.

Əgər vəziyyəti kəskin dəyişdirə biləcək gözlənilməz hadisə baş verməzsə, o zaman daha sabit və proqnozlaşdırıla bilən bazar formalaşacaq.

Ola bilər ki, texniki və əməliyyat riskləri ikinci plana keçəcək, onların yerini isə kibertəhlükəsizlik, yeni tənzimləyici tələblər və qlobal geosiyasi dəyişikliklərlə bağlı məsələlər tutacaq.

Ümumilikdə isə regionda sığorta daha kompleks, yeni reallıqlara uyğunlaşdırılmış olacaq ki, bu da Orta Dəhlizin bütün iştirakçılarına əlavə inam və təhlükəsizlik hissi qazandıracaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Oktyabr 2025 20:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see156

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri