Icma.az
close
up
RU
Sığorta sektorunda YENİLİK “Artıq qalan vəsaitlər geri qaytarılır”

Sığorta sektorunda YENİLİK “Artıq qalan vəsaitlər geri qaytarılır”

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yaxın zamanda ölkəmizdə ənənəvi sığorta ilə yanaşı İslam sığortası da tətbiq olunacaq. Artıq bununla bağlı ölkəmizdə təlimlərə başlanılıb.
Bəs, ənənəvi sığortaçılıqla islam sığortaçılığının fərqi nədir?
Suala İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, ənənəvi sığortada vətəndaş sığorta haqqı ödəyir və ödəmiş olduğu bu sığorta haqqına əsasən, hər hansı bir hadisə baş verərsə sığorta ödənişi alır:
“Ənənəvi sığorta şirkətlərində sığorta vəsaitləri yığılan zaman sığorta müəssisəsi həmin vəsaitləri banklarda, hər hansı bir repo əməliyyatlarında, istiqrazların alışında istifadə edərək onun artmasına nail olur. Və hadisə nəticəsində vətəndaşlara ödənilən sığorta ödənişlərindən sonra qalan vəsaitlər isə həmin müəssisənin özünə qalır.
İslam sığortaçılığında isə bu proses tamamilə fərqlidir. Sadə misallarla izah etsək, islam sığortaçılığında sığortalı, yəni vətəndaş 100 manat sığorta haqqı ödəyibsə və şirkət 10 min nəfər belə müştəri sahibdirsə (bu zaman ümumi vəsait 1 milyon manat edir), il ərzində hər hansı sığorta hadisəsi baş verdiyi zaman o vəsaitdən, deyək ki, 200 min manat xərclənir və yerdə 800 min manat qalır. İslam sığorta şirkəti 1 il ərzində bu işi gördüyünə görə, yerdə qalan həmin 800 min manatın məsələn 40%-ni əvvəlcədən razılaşdıraraq öz xidmət haqqı olaraq götürür. Bununla da 800 min manatın 40%-i, yəni 320 min manat sığorta şirkətinə qalır.
Yerdə qalan 480 min manat isə il sonunda sığorta ödəyicilərinə, yəni sığortalı vətəndaşlara geri qaytarılır. Yəni 480 min manat 10 min sığorta ödəyicisi arasında bölünərək paylanılır. Belə demək mümkünsə, 100 manat ödəmiş sığortalı növbəti ildə onun bir hissəsini geri ala bilir. Aydın olduğu kimi, islam sığortaçılığında mahiyyət toplanan vəsaitin yardımlaşma kimi, artıq qaldığı təqdirdə isə geri qaytarılması nəzərdə tutulur”.
Daha çox sığorta hadisəsi baş verməsi nəticəsində şirkət zərər edərsə, onda necə olur?
Müsahibimiz deyib ki, təcrübəyə görə,  bu cür vəziyyətdə məsələ belə həll olunur:
“Əvvəlki dövrlərdə toplanmış vəsaitlər ibarət olan ehtiyat fondundan bir borc olaraq müəyyən vəsait götürülür, zərər tənzimlənir, gələcək dövrdə də həmin vəsait şirkətin ehtiyat fonduna geri qaytarılır.
İslam sığortaçılığında yığılan bu vəsaitlər yalnız islam bankçılığı sektorunda və islam qiymətli kağızlarının alğı-satqısında istifadə oluna bilər”.
Surxay Atakişiyev, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://bizim.media
archiveBu xəbər 04 Mart 2025 08:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see285

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see265

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see194

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see148

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see137

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see136

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri