Sığorta şirkətləri bu yolla dövlətə də zərər vururlar” Ekspertlərdən açıqlamalar
Icma.az, Mia.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Avtonəqliyyat vasitəsi sahiblərinin əksər sığorta şirkətlərindən narazılıqları artmaqdadır. Bu, Azərbaycan Mərkəzi Bankının (AMB) avto-icbari sığorta üzrə şikayət indeksi ilə bağlı açıqladığı məlumatda bir daha öz əksini tapıb.
Bankın məlumatına görə, vətəndaşların ən çox narazı olduğu sığorta şirkətlərinin siyahısında ilk sırada “XalqSığorta” ASC (1.49 indeksi ilə) olub. Ən çox şikayət edilən şirkətlər arasında "AtaSığorta" ASC ikinci olub. “Atəşgah Sığorta” isə 1.47 indeksi ilə siyahıda üçüncü olub.
Maraqlıdır, sürücülər niyə qeyd edilən sığorta şirkətlərindən narazıdır?
Mia.az xəbər verir ki, mövzu ilə bağlı Musavat.com-a danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, avtonəqliyyat vasitəsi sahibləri ilə sığorta şirkətləri arasında əsas narazılıq ödənişlə bağlıdır. Onun sözlərinə görə, ödənişin məbləği və ödənişdən yayınma cəhdləri əsas mübahisə mövzusudur: “Bu, əsasən icbari sığortada özünü göstərir. Kasko sığortada isə belə problemlər nadir hallarda yaşanır.
Sığorta şirkətinin əməkdaşları çalışırlar ki, sürücüyə dəymiş zərərin qarşılığında mümkün qədər az pul ödəsinlər. Nə qədər az ödəsələr, şirkət həmin işçini hesab edin ki, qəhrəman elan edir. Sanki yarışa çıxıblar, düşünürlər ki, necə edək ki, məbləği az verək. Təmirdə də ciddi problemlər yaranır. Şirkətlər təmir olunacaq avtomobili özlərinə məxsus servislərə yönəltməyə çalışırlar. Ancaq həmin servislərdə də keyfiyyətli xidmət göstərilmir və vətəndaş narazı qalır. Və yaxud da şirkətlər təmirə şişirdilmiş qiymət hesablayırlar və servislə gizli danışıq aparıb həmin pulu aralarında bölürlər. Sığorta şirkətləri bu yolla dövlətə də zərər vururlar”.
Ekspert deyib ki, sığorta şirkətləri üzərində nəzarət güclənməlidir: “Bu işdə dövlətin maraqları qorunmalıdır. Maliyyə Nazirliyi və Mərkəzi Bank sığorta şirkətlərinə nəzarəti gücləndirsə, yaxşı olar.
Əgər sığorta icbari olmasa, mən əminəm ki, nəqliyyat vasitələrinin sahiblərinin 30-40 faizi sığortanı etdirməz. Nizamlı-intizamlı sürücülər var və heç vaxt qəza törətmirlər. Ona görə də ümumiyyətlə, sığorta etdirmək istəmirlər. Düşünürlər ki, havayı ödəniş edirlər və lazım olanda isə sığortadan yararlanmaqda çətinlik çəkirlər.
Sığorta şirkətləri sürücülər üzərində o qədər qorxu yaradıb ki, saatlarla hadisə yerində dayanıb gözləyirlər və hesab edirlər ki, maşını kənara çəksə sığorta pulu ala bilməzlər. Çünki sığorta şirkətləri qiymətləndirməni düzgün aparmırlar. Deyirlər ki, niyə maşını hadisə yerindən aparmısan. Halbuki, qanun da, DİN -də deyir ki, hadisə yerindən gedə bilərsən. Şirkətlər isə bunu bəhanə edib ödənişdən yayınırlar”.
E. Muradlı bildirib ki, müxtəlif əmsallar üzrə sürücülərin ödədikləri sığorta pulu artsa da, şirkətlərin sürücülərə ödədiyi məbləğ 5 min manatı keçmir: “Hazırda Azərbaycana elə avtomobil gəlir ki, işıqlandırmasının biri 8-10 min manatdır”.
Sığorta eksperti İlkin Nəcəfov saytımıza bildirib ki, sığorta şirkətinin təqdim etdiyi məbləğ də mübahisə mövzusu olur: “Şirkət aşağı məbləği təqdim edir, sürücü isə bununla razılaşmır. Digər narazılıq isə ödənişin şirkət tərəfindən gecikdirilməsi ilə bağlı olur. Yol nəqliyyat hadisəsi baş verəndə yol polisi Forma 4 arayışını sistemə gec və ya yanlış yükləyir deyə sığorta şirkətləri təmir işlərinə gec başlayırlar”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 20 Yanvar 2026 12:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















