Icma.az
close
up
RU
Şika şəhərinin nümayəndələri Milli Olimpiya Komitəsini ziyarət ediblər AZƏRTAC

Şika şəhərinin nümayəndələri Milli Olimpiya Komitəsini ziyarət ediblər AZƏRTAC

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 17 yanvar, AZƏRTAC

Milli Olimpiya Komitəsinində (MOK) Şika şəhəri meriyasının müşaviri Oie Hideaki, Beynəlxalq Mübadilə Proqramı üzrə koordinator Matsumoto Mariko, Yaponiyanın Azərbaycandakı səfirliyinin 3-cü katibi Higuchu Kazuki və digər nümayəndələrlə görüş keçirilib.

MOK-dan AZƏRTAC-a verilən məlumata görə, görüşdə Milli Olimpiya Komitəsinin Beynəlxalq Proqramlar İdarəsinin müdiri Mehman Kərimov, həmin idarənin əməkdaşları Ruslan Məmmədov, Günay Əsgərova və Nərmin Kərimova iştirak ediblər.

Görüşün əsas məqsədi Olimpiya Mədəniyyəti və Təhsil Proqramı (OCEP) çərçivəsində Yaponiya və Milli Olimpiya Komitəsi arasında sıx əməkdaşlığı və bu əməkdaşlığın daha da gücləndirilməsini müzakirə etmək olub.

Mehman Kərimov qonaqlara OCEP layihəsinin tarixi, inkişafı və fəaliyyəti haqqında ətraflı məlumat verib. Görüşdə çıxış edən Şika şəhəri meriyasının müşaviri Oie Hideaki bu əməkdaşlığı yüksək qiymətləndirdiyini bildirib. “Bizim əsas məqsədimiz Azərbaycan ilə Yaponiya arasında təhsil, mədəniyyət və idman sahəsində qarşılıqlı mübadilələrin aparılmasıdır”, - deyə Oie Hideaki qeyd edib.

Bundan sonra tərəflər arasında OCEP çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib və gələcəkdə birgə layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

Olimpiya Mədəniyyəti və Təhsil Proqramına (OCEP) Bakı-2019 Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində start verilib. Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondu və Avropa Olimpiya Komitəsinin dəstəyi ilə həyata keçirilən layihə Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə Milli Olimpiya Komitəsi tərəfindən həyata keçirilir və hazırda dünyanın müxtəlif ölkələrini əhatə edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Yanvar 2025 00:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri