Icma.az
close
up
RU
Silah anbarları açılsın, xalqa silah paylanılsın Marslılar kəndliləri necə qorxutdu?

Silah anbarları açılsın, xalqa silah paylanılsın Marslılar kəndliləri necə qorxutdu?

Kulis.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün dünya kinosunun əhəmiyyətli nümayəndələrindən biri, kino tarixinə adını texniki, maraqlı, yeni təsvir həlləri gətirmiş müəllif kimi yazdırmış, fərqli təhkiyəsi, özünəxas kino dili olan amerikalı rejissor Orson Uellsin doğum günüdür.
Kulis.az Orson Uellsin məşhur yalanı haqqında Ömər Xəyyamın "KİV, kivi və oyun" yazısını təqdim edir.

1938-ci ilin 30 oktyabr axşamı amerikalılar ənənəvi Hellouin bayramını qeyd edirdi. Heç kəs Amerikanın Şərq sahillərini və Kanadanın bir hissəsini əhatə edəcək kütləvi çaxnaşmanın baş verəcəyindən xəbərdar deyildi. Əlbəttə, heç gənc radio rejissoru Orson Uellsin də insanları vahiməyə salmaqda pis məqsədi yox idi. O, Hellouin günündə, sadəcə, insanlarla radio zarafat etmək istəyirdi.

Veriliş ənənəvi qaydada başladı: “Xanımlar və cənablar! “Kolambia” radioverilişlər korporasiyası Orson Uells və onun “Açıq havada Merkuri teatrı”nın səhnələşdirilməsində Herbert Uellsin “Dünyaların müharibəsi” əsərini təqdim edir.”
Bundan sonra dinləyicilər səhərki günün hava proqnozunu dinləyir, ardınca yüngül musiqi konserti başlayır.
Bir qədər əvvəl tamaşanın elan olunması barədə xəbəri dinləyicilərin çoxu artıq unutmuşdular və musiqinin də tamaşa çərçivəsində səsləndiyini bilmirdilər.
Qəfil konsert kəsildi. Diktor elan etdi ki, Priston observatoriyasının professor-astronomunun məlumatına görə, Marsın səthində qəribə işartılar müşahidə olunub.
Dinləyicilər, deyəsən, bu məlumatı da unudur və konsert təzədən efirə verilir.
Tezliklə konsert yenidən kəsilir və bu dəfə başqa bir xəbər verilir: astronomun sözlərinə görə, nəhəng bir cisim Marsdan Yerə doğru hərəkət edir.

Bundan sonra konsert lap tez-tez kəsilməyə başlayır, xəbərlər də daha kəskin hal almağa başlayır. Bir çox radiodinləyicilər artıq konsertə fikir vermir, səbirsizliklə növbəti xəbəri gözləyirdi. Bir qədər sonra Si-Bi-Es radio korporasiyasının müxbiri canlı yayıma qoşularaq həyəcanla danışmağa başlayır.
O, xəbər verir ki, Pristondan 8 km aralıda yerləşən Qrovers-Mill kəndinə Marsdan nəhəng meteorit düşüb. Növbəti xəbərləri o, artıq hadisə yerindən verməyə başlayır, meteoritin yaratdığı nəhəng krateri gördüyünü, xeyli insan tələfatının olduğunu, polislərin hadisə yerinə toplaşanları qovduğunu deyir.
Müxbir ərazisinə meteorit düşən fermeri tapıb onu danışdırır. Fermer ağlaya-ağlaya məhv olmuş məhsulundan, ölən heyvanlarından və qonşularından danışır. Bu zaman müxbirin səsini batıran bir gurultu eşidilir. Məlum olur ki, səs böyük qapağı açılmağa başlayan nəhəng metallik silindr formasındakı meteoritdən gəlir.

Müxbir məlumat ötürməyə davam edirdi: qapağın altından qəribə varlıqlar çıxıb yerə düşməyə başladı. Onlar özləri ilə misilsiz dağıdıcı gücə malik silah gətirib.
Marslılar “ölüm şüaları”yla hər yeri külə döndərir, qulaqbatırıcı sirenlə güclərini nümayiş etdirirdi.
Bu vaxt radiodan təcili xəbər verilir.
Hökumət Qrovers-Millə nizami orda yollayıb, qoşun marslıların silindrinin düşdüyü ərazini əhatəyə alıb. Müxbir dərhal mühasirədə iştirak edən əsgərdən müsahibə alır, daha sonra professor-astronom söhbətə qoşulur. Bu vaxt əraziyə göndərilmiş hissələrə komandanlıq edən zabit hadisə yerini dərhal boşaltmağı əmr edir, çünki hər an marslılarla müharibə başlaya bilər.

Gərginlik sürətlə artırdı. Dinləyicilər qorxuya düşmüşdü. Şəhəri tərk etməyə hazırlaşan kim, sığınacaqlara üz tutan kim...
Elə bu vaxt Daxili İşlər Nazirinin xalqa müraciəti səsləndirilir. O deyir ki, narahat olmayın, hər şey nəzarətimizdədir. Polis də, ordu da gücləndirilmiş iş rejimində xidmət göstərir.

Axı hansı normal adam hər şeyin nəzarətdə olduğuna inanar? Əgər Daxili İşlər naziri müraciət edibsə, deməli, vəziyyət olduqca ciddidir.

Hadisə yerindən növbəti reportaj sakinləri növbəti şoka salır.

Marslılar silahlarını yenidən işə salır, ordunun bir hissəsini, zirehli texnikanı və kəndi külə döndərir.
Bu vaxt qaynar nöqtədən “qaçmağa” imkan tapmış müxbir hadisənin gedişatı haqqında məlumat verməyə davam edir, qaçqınlardan, yanan evlərdən, yanıb külə dönmüş cəsədlərdən danışır. Bütün bunlar dəhşətli qışqırıq, fəryad və partlayış səslərinin fonunda baş verir.
Qəfildən partlayış səsi eşidilir.
Sakitlik yarananda isə kimsə: “Ey, kim var burda?” Ey...?”... - soruşur.
Radioqəbuledicilər susur.

Professor yenidən efirə qoşulur. Amma bu dəfə onu daha heç kəs dinləmirdi. İnsanları vahimə bürümüşdü. Baş verənləri gerçək kimi qəbul edən insanlar isteriyaya qapılır, pəncərələrdən özünü atır, əllərinə keçəni götürüb evlərindən qaçırdı.

Şəhər yolları qaçıb canını qurtarmaq istəyən insanlarla dolmağa başladı, avtomobil yollarında tıxac yarandı. İnsanların bircə arzusu vardı: Marslıların gətirdiyi bu dəhşətdən mümkün qədər tez qaçıb uzaqlaşmaq. İnsanlar dövlət müəssisələrinə, xəstəxanalara, polis idarələrinə zəng edir, onları xilas etmək üçün yalvarırdı.
Xalqın bir hissəsi isə tələb edirdi ki, silah anbarları dərhal açılsın, xalqa silah paylanılsın, yollara mina döşənsin, marslıların üstünə isə partlayıcı maddələrlə dolu ölüm təyyarələri göndərilsin.
Sonradan telefon şirkətləri elan edəcəkdilər ki, həmin gün telefon xətləri həmişəkindən beş dəfə çox məşğul olub.

Üstəlik, bu faciəni öz gözləri ilə görmüş şahidlər də peyda olmuşdu. Guya onlar möcüzə nəticəsində marslıların əlindən xilas ola bilib. Bu cür çıxışlar insanları daha da dəhşətə salırdı.

İnsanlar yalnız səhərə yaxın sakitləşməyə və evlərinə qayıtmağa başladı.
Səhəri gün qəzetlərin ilk səhifəsində müxbirlərdən və qəzəblənmiş insanlardan qaçmağa çalışan Orson Uellsin şəkli əks olunmuşdu. İnsanlar bunun oyun olduğunu başa düşmüşdü.

Tezliklə qəzəblər soyuyur, Orson Uells isə Amerikanı qorxudan məşhur insana çevrilir.

Həmin gecə nə baş vermişdi, bu tamaşa niyə həqiqət kimi qəbul olundu?
Marslıların gəlişinə, böyük bir ərazini külə döndərməyinə, ordunun bir neçə dəqiqə ərzində o kəndə gətirilməyinə milyonlarla insan necə inandı?

Əlbəttə... Ən güclü silah... psixoloji silah...

Bu hadisə sübut etdi ki, kütlə KİV-lər tərəfindən yaxşı hazırlanmış, mükəmməl rejissor işi olan istənilən yalana inanmağa hazırdır.

"Düyməcik" tamaşasının premyerası keçirildi Gənc musiqiçilərimiz Berlində Məşhur müğənni vəfat etdi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://kulis.az
archiveBu xəbər 06 May 2025 09:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see163

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri