Icma.az
close
up
RU
“Silah, narkotik, mafiya” Ukraynanın Aİ yə üzvlüyü Macarıstanı narahat edir

“Silah, narkotik, mafiya” Ukraynanın Aİ yə üzvlüyü Macarıstanı narahat edir

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Ukraynanın Avropa İttifaqına üzvlüyü Avropada qeyri-qanuni silah və narkotik ticarətinin genişlənməsinə gətirib çıxara bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə Macarıstan hökuməti Ukraynanın üzvlüyü ilə bağlı keçiriləcək referendum çərçivəsində açıqlama yayıb.

Rəsmi Budapeştin saytında dərc olunan açıqlamada qeyd olunur ki, Ukraynanın tələsik Aİ-yə qəbul edilməsi bir sıra sahələrdə ciddi risklər doğura bilər. “İctimai təhlükəsizlik riskləri” bölməsində bildirilir ki, “hələ müharibədən əvvəl Ukrayna Şərqi Avropada narkotik qaçaqmalçılığı və mütəşəkkil cinayətkarlığın əsas mərkəzlərindən biri idi”. Hökumət vurğulayıb ki, müharibə zamanı Ukraynaya daxil olan silahların bir hissəsinin cinayətkarların əlinə keçməsi təhlükəsi böyükdür.

“Ukraynanın Aİ-yə üzvlüyü bu ölkənin mafiyasına Avropa və Macarıstanın qapılarını açacaq”, – deyə xəbərdarlıq edilib.

Bundan əlavə, “maliyyə riskləri” bölməsində qeyd olunur ki, Ukrayna Aİ-yə üzv olacağı təqdirdə Macarıstana aid olan bir çox maliyyə vəsaiti bu ölkəyə yönləndiriləcək. “

Üstəlik, Brüssel Ukraynanın fəaliyyətini təmin etmək üçün iri məbləğdə ortaq kredit götürməyə hazırlaşır. Bu borc faizləri ilə birlikdə Aİ üzvləri, o cümlədən Macarıstan tərəfindən ödəniləcək. Nəticədə, Ukraynanın üzvlüyü hər il macar ailələrinə yüz minlərlə forintə başa gələcək”, – deyə vurğulanıb.

Kənd təsərrüfatı ilə bağlı risklərə də toxunulub. Bildirilib ki, “Ukraynanın şum sahələrinin ölçüsü Aİ-nin bu sahədəki ümumi torpaq sahəsinin üçdə birinə bərabərdir”. Hökumət hesab edir ki, bu vəziyyət Aİ-nin kənd təsərrüfatı subsidiyalarının bölgüsünə ciddi təsir edəcək və macar fermerləri həmin subsidiyalardan məhrum olacaq.

Aysel Əliyeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Aprel 2025 21:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri