Icma.az
close
up
RU
Silah varsa, o nə vaxtsa açılacaq: Evdə gizlədilən silahlar təhlükə mənbəyidir

Silah varsa, o nə vaxtsa açılacaq: Evdə gizlədilən silahlar təhlükə mənbəyidir

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Uşaqların əlinə silah düşə bilər, ekspert evdə təhlükəsizlik qaydalarını xatırlatdı



Daxili İşlər Nazirliyi qanunsuz saxlanılan odlu silahlarla bağlı növbəti dəfə vətəndaşlara çağırış edib. Nazirlikdən verilən xəbərə görə, qanunsuz odlu silahların saxlanılması və daşınması cəmiyyət üçün ciddi təhlükə mənbəyidir: “Belə silahlar istənilən vaxt qeyri-qanuni məqsədlə istifadə edilərək insan həyatına, sağlamlığına və ağır cinayətlərə səbəb ola bilər. Buna görə də daxili işlər orqanları əhali arasında profilaktik izahat işlərini, silahların aşkarlanması və yığılması üçün planlı əməliyyat-axtarış tədbirlərini sistemli şəkildə həyata keçirir və əldə edilən nəticələri ictimaiyyətlə bölüşür.

Polis əməkdaşları tərəfindən aparılan əməliyyat və profilaktik tədbirlər nəticəsində 2025-ci ilin 9 ayı ərzində 4181 ədəd odlu silah aşkar olunaraq götürülüb ki, onların da 1126-sı avtomat silahı, 263-ü tapança, 2792-si isə tüfəng olub.

Qanunsuz saxlanılan odlu silahın ehtiyatsızlıqdan və ya diqqətsizlikdən ağır nəticələrə gətirib çıxarmasının və ya cinayətin alətinə çevrilməsinin mənəvi və hüquqi məsuliyyətini dərindən dərk edən bir çox vətəndaş onları könüllü təhvil veriblər. Belə ki, 2025-ci ilin 9 ayı ərzində 3536 ədəd odlu silah vətəndaşlar tərəfindən könüllü olaraq təhvil verilib. Keçirilən əməliyyat tədbirlərilə isə 645 silah aşkar olunaraq götürülüb”.

Müraciətdə qeyd edilib ki, qanunsuz saxlanılan odlu silah təhlükə mənbəyidir, hansısa ictimai təhlükəli əməlin törədilməsində alətə çevirilə, faciəyə səbəb ola bilər. Könüllü olaraq polisə təqdim edilən silaha görə isə vətəndaş məsuliyyətə cəlb edilmir: “ Buna görə də vətəndaşlara müraciət edərək qanunsuz yollarla əldə etdikləri və ya tapdıqları silah-sursatı könüllü olaraq yaxınlıqdakı polis orqanlarına təhvil vermələrini xahiş və tövsiyə edirik. Bu halda həmin şəxs heç bir cinayət məsuliyyəti daşımayacaq və bununla da həm özünü, həm də ailəsini böyük təhlükədən və qanunla müəyyən olunmuş ağır cinayət məsuliyyətindən xilas etmiş olacaq.

Bu vətəndaşlıq nümunəsində cəmiyyətin hər bir üzvünün dəstəyi önəmlidir. Cəmiyyətdə böyük məmnuniyyətə səbəb olan bu tədbirlərə dəstək verən hər bir vətəndaşa təşəkkür edirik”.

Xatırladaq ki, oktyabrın 19-da Xaçmaz rayonu ərazisində 1981-ci il təvəllüdlü Emin Cəlilovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1988-ci il təvəllüdlü Rafiq Həbibovun tüfəngdən atəş açaraq Emin Cəlilovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Rafiq Həbibov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.


 Təhlükəsizlik eksperti Elmar Nurəliyev Sherg.az-a açıqlamasında hüquq-mühafizə orqanlarının bu çağırışının təqdirəlayiq hal olduğunu bildirib. Onun sözlərinə görə, insanlar inansalar ki, onları sonradan bu səbəbə görə sorğu-sual etməyəcəklər, silahları təhvil verərlər. Bu həm də, odlu silahla törədilən cinayətlərin azalmasına gətirib çıxarar: 


“İnsanlar evlərində olan qanunsuz silahları sadəcə maraq üçün saxlasalar belə, misal var: “silah varsa, o nə vaxtsa açılacaq”.Bildiyiniz kimi, qanunsuz odlu silahların əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağandır və cinayət məsuliyyəti yaradır. Evdə, iş yerində silah saxlamaq, avtomobildə, üzərində gəzdirmək yolverilməzdir.Cinayət Məcəlləsinin 228-ci maddəsinə əsasən, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə qanunla qadağan olunur”.


  Ekspertin fikrincə, rəsmi icazəli silah sahibləri də öz məsuliyyətini dərk etməlidir:


 “Silahı evdə açıq-aşkar formada saxlamaq təhlükəsizlik baxımından yolverilməzdir. Silahı xüsusi metal qutuda saxlamaq lazımdır. Silahın saxlandığı seyfin qalınlığı 3 mm, kilidləri isə iki dənədən az olmamalı və silah evdə xüsusi ayrılmış yerdə və boş halda saxlanılmalıdır.

  Silah olan yerdə istiliyin, yanğına qarşı tez alışan, tez alovlanan maddələrin olmamasına diqqət edilməlidir. Silahın özü sahibi üçün əlavə məsuliyyət yaradır. Sizdə silahın olması pis niyyətli adamların öz əməllərini icra etmək üçün sizin evinizə qanunsuz daxil ola bilmək ehtimalı yaradar, özünüz və ailənizin təhlükəsizliyini təhdid altına atar. Ən başlıcası isə silah evdə uşağın əlinə keçə bilər və bədbəxt hadisəyə səbəb olar. Silahı mənzildə düzgün təhlükəsizlik qaydalarına uyğun formada saxlayarsa, heç bir bədbəxt hadisə baş verməz”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 Oktyabr 2025 19:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri