Icma.az
close
up
RU
Silahlar susub, amma informasiya cəbhəsində sakit və soyuq mübarizə davam edir MÜSAHİBƏ

Silahlar susub, amma informasiya cəbhəsində sakit və soyuq mübarizə davam edir MÜSAHİBƏ

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Azərbaycanın internet məkanında özünəməxsus yeri olan, ilklərə imza atan APA TV-nin yaranmasından 12 il ötür.

Bu münasibətlə Globalinfo.az “APA-Holding” MMC-nin prezidenti, Əməkdar jurnalist Vüsalə Mahirqızı ilə müsahibə edib.

Həmin müsahibəni təqdim edirik:

– Vüsalə xanım, APA TV-nin təsis edilməsindən keçən 12 illik müddəti necə dəyərləndirirsiz? Hədəflərinizə nə dərəcədə çatmış sayılırsınız, yoxsa zamanla o hədəflər, prioritetlər dəyişib?

– Zaman bizim prioritetləri dəyişir. Dövr və inkişaf məsələsi var. Biz APA TV-ni yaradanda onu internet televiziyası kimi yaratmışdıq və o cür fəaliyyətə başlamışdıq. Həmin vaxt torpaqlarımız işğal altında idi və bununla bağlı xarici mediadan Azərbaycana qarşı daimi hücumlar olurdu. Buna görə də onlara cavab verməklə öndə olmaq istəyirdik. APA TV-nin ilk yarandığı illər sosial medianın populyar olmağa başladığı zamana təsadüf edir. Üstündən 12 il keçib, daxili və xarici şərtlər dəyişib. Birinci növbədə APA TV böyüyüb və Audiovizual Şuranın platforma yayımçısı lisenziyası ilə fəaliyyət göstərir. Demək olar ki, ölkənin bütün kabel televiziyasında APA TV-nin efirini izləmək mümkündür. Mühim və rəsmi tədbirlərdə APA TV iştirak edir. 12 il ərzində Azərbaycan torpaqları işğaldan azad olunub. Bu savaş Azərbaycan Prezidenti və ordumuzun sayəsində sona çatdı. Proses başa çatdı deyə media üçün də siyasət erası bitdi. Cəmiyyət dəyişib və biz süni intellekt reallığı ilə üzləşmişik. 12 il əvvəl xəbər oxumaq üçün yalnız müxbir gücündən istifadə olunurdusa, bu gün süni intellekt vasitəsilə görüntülər hazırlanır, səsləndirilir. Ona görə də prioritetlərimiz gündəmə uyğun olaraq dəyişib.

– APA TV-nin yaradılması sosial şəbəkələrin aktuallaşdığı, miqyasının, təsir imkanlarının böyüdüyü dövrlə üst-üstə düşdü. APA TV televiziyalardan imtina dövründə yarandı. Düzdür, sosial şəbəkələr 12 il öncə bu qədər həyatımıza daxil olmamışdı. Vaxt keçdikcə bu tendensiya artan dinamika ilə inkişaf etdi. İndi isə vəziyyət daha fərqlidir. Amma burda bir müsbət nüans odur ki, media sosial şəbəkələrin verdiyi imkanları öz lehinə çevirə bilir – orda paylaşımlar edilir, baxış, İP sayı alınır. Bu avantajla dezavantajı necə balanslaşdıra bilirsiniz? Sosial şəbəkələrin mediadan aldığını o platformada necə xeyirinizə kompensasiya edə bilirsiniz?

– Digər media strukturlarından fərqli olaraq APA TV sosial medianın inkişafı ilə özünü inkişaf etdirdi. Çünki APA TV-nin əsası sosial media platforması olaraq qoyulub. Ona görə də bizim sosial mediaya inteqrasiyamız çətin olmadı. Bu gün “Vətəndaş jurnalistikası” adlandırdığımız jurnalistika mövcuddur. İstənilən şəxs hadisə yerindən canlı yayım aça və hətta video çəkib paylaşa bilir. Bu, bütün medianın dezavantajıdır. Buna baxmayaraq jurnalistika öz populyarlığını hələ uzun müddət qoruyacaq. Çünki jurnalistin vəzifəsi yalnız xəbəri olduğu kimi çatdırmaq deyil. Burada subyektiv yanaşma da rol oynayır – məsələyə ədalətli yanaşma, tərəflərin mövqeyini dəqiqləşdirmək və sair məsələlər var. Bəzi hallarda insanlar hadisəni necə görür və ya eşidirsə, cəmiyyətə də o cür ötürürlər. Bu gün sosial media hər kəsə məlumat ötürücüsü imkanını yaradır. Lakin onların ötürdükləri məlumatın nə dərəcədə obyektiv olmasına diqqət etmək lazımdır. Məsələn, günlərdir bəzi özünə peşəkar deyən həmkarlarımız Gəncədə ölən Elgün İbrahimovun qətlə yetirilməsi ilə bağlı öz versiyalarını, eləcə də iddialar səsləndirirlər. Hətta çox rahat şəkildə bunun qətl olduğunu deyirlər, intihar haqda deyənləri də trol adlandırırlar. Amma bu gün hüquq mühafizə orqanları da rəsmi məlumat yaydılar ki, bu işdə kənar müdaxilə yoxdur. Peşəkar media araşdırmaları gözləyir, qeyri-peşəkarlar isə tiraj və İP toplamaq üçün müxtəlif versiyalar irəli sürürlər. Təəssüf ki, bir çox həmkarlarımız da bu təsir dairəsinə düşüblər deyə, cəmiyyətin istədiyini demək və onların qəhrəmanına çevrilmək üçün yarışırlar. Lakin medianın işi həqiqəti göstərməkdir. Media sosial şəbəkələrlə yarışmada diqqətli olmalıdır. İndiki halda bizlər üçün sosial media gözəl bir mənbədir. Beləliklə də, biz öz məhsulumuzu onlara asan şəkildə təklif edə bilirik.

– Televiziyaların ictimai rəyə az təsir etdiyi iddiaları var. Amma maraqlıdır ki, ölkəmizdə mötəbər mənbə sayılan da televiziyalardır. Bu təzad nə ilə bağlıdır?

– Televiziyaların ictimai rəyə təsirinin zəif olduğunu deyən adamlar heç bir arqument göstərə bilmirlər. Göstərilən yeganə arqument belədir ki, adamlar televizor kimi texnikadan az istifadə edirlər. Burada mühim və önəmli məsələ var – televiziya başqa, televizor ayrı şeydir. Yutub trendlərinə baxsaq, orada əsas trendə düşən xəbərlər və seriallardır. Yaxşı, bəs bunlara kim baxır? Televizorda baxmasalar da, komputer və telefonda baxır. Azərbaycanlıların 80-85 faizi informasiyaları yerli media resurslarından alır. Dünyanın hər yerində belədir. Bu gün adi bir müğənninin qalmaqalı ilə bağlı kiməsə sual versəniz, hamısı bütün təfərrüatı sizə danışacaq. Yaxşı, bu adamlar yerli medianı izləmirsə, televiziyalara baxmırlarsa, məlumatları hardan əldə edirlər? Deməli, baxırlar. Böyük media qurumunun rəhbəri olaraq fəxrlə vurğulayıram ki, bizim də mediada rolumuz var. Azərbaycan xalqının xəbərləri yerli mediadan əldə etməsi bizim uğurumuzdur. Son bir neçə ildə xaricdə Azərbaycanla bağlı hazırlanan materialların böyük əksəriyyəti öz agentliklərimizə istinadən yayılır. AZAL başqa ölkədə qəzaya uğrasa da, bütün dünyadan mediamıza istinadlar hədsiz çox idi.

– Bir mərhələ arxada qalmaq üzrədir: çap mediası – qəzetlər artıq demək olar ki, öz dövrünü başa vurub. Onlayn medianın və TV-lərin də yaxın gələcəkdə bu cür aqibətlə üzləşəcəyi haqda proqnozlar, mülahizələr söylənir. Bu prosesi siz indidən görürsünüzmü? Qəzetlərin yerini saytlar, sosial şəbəkələr doldurdu. Bəs TV-lərin, onlayn medianın alternativi, rəqibi nə olacaq? Nəzərə alsaq ki, siz həm onlayn media, həm də TV rəhbərisiniz. O zaman bu qayğı sizi ikiqat düşündürər yəqin ki…

– Televiziya artıq o transformasiyanı yaşayıb. Yəni ona televizor ekranında deyil, sosial media və digər onlayn platformalarda baxırlar. Əvvəl əgər hamı axşamı gözləyib, bir verilişə, xəbərə baxırdısa, hazırkı dövrdə artıq buna ehtiyac yoxdur. Müasir insanlar informasiyasız qalmaq istəmirlər. Ona görə də onlar bunu yol gedərkən telefonda izləyə bilirlər. Əsas məsələ bizim süni intellektlə necə baş edəcəyimizdir. Fikrimcə, jurnalistə hər zaman ehtiyac olacaq. Çünki subyektiv fikir həmişə lazımdır. Nəticədə süni intellekt üçün də mənbə rolunu jurnalistin yazdıqları oynayır. Amma burada məsələ bundan ibarətdir ki, biz bu prosesdə geri qalmamalıyıq. Dünən jurnalist kimi qəzetdə fəaliyyət göstərirdik, qəzet aktuallığını itirdikdən sonra sayta gəldik, sabah da eyni formada sosial mediada fəaliyyət göstərməliyik. Amma fəaliyyət prinsipimiz dəyişməməlidir. Bununla yanaşı, süni intellektin gətirdiyi yeni peşələr yaranacaq. Süni intellektlə işləyən xüsusi peşəkarlar, hazırlanmış materialların redaktorları olacaq. Yəni yeni növ peşələr ortaya çıxa bilər. Prinsipial olaraq isə jurnalistika qalacaq.

– Bu il Azərbaycan mətbuatının 150 ili tamam olur. Prezident İlham Əliyev mötəbər tarixlə bağlı sərəncam imzalayıb. Mediamızın durumunu necə qiymətləndirirsiniz? Azərbaycan mediası müasir çağırışlara, beynəlxalq rəqabətə duruş gətirə bilirmi? Son 5 illik müddətdə, xüsusilə də müharibədən sonrakı dövrdə, medianın inkişafını mənfi və müsbət tərəfdən necə dəyərləndirirsiniz?

– Fikrimcə, mediamız son illərdə daha ciddi və məqsədli işləyir. Neqativləri dedik, amma Azərbaycanın ciddi mediası son illər daha konseptual irəliləyir. Ölkə daxilində yeni yaranan media qurumlarından sitat gətirmək olar. Məmnuniyyətlə sizin saytı misal çəkəcəm. Məsələn, son illər Globalinfo.az Azərbaycan mediasında yaranmış ciddi, eyni zamanda oxunaqlı, daimi siyasi təhlil və müsahibələri ilə diqqət cəlb edən bir media qurumudur. Əslində, Globalinfo bizə yalnız “qara xəbərlər oxunur”, “şou başlıqlar oxunur”, “məşhur olmağın yolu vəziyyəti şişirtməkdir” ifadələrinin puç olduğunu göstərdi. Ciddi oxucu kütləniz var və mən də oxucular siyahısındayam. Bəzi həmkarlarımız ənənəvi mediadan sosial mediaya transfer olunublar. Bunun özü də yaxşı faktdır. Sosial mediada media işini bilən şəxslərin artmasına ehtiyac var. Bunlar çox önəmlidir. Biz işğal faktını bitirdikdən sonra növbəti mərhələ başladı. Belə ki, ölkə rəhbərliyinin və Azərbaycan xalqının məqsədi quruculuq və Qarabağa qayıdış idisə, digər məsələ Azərbaycanın uğuru ilə barışmayanlara qarşı informasiya savaşının davam etdirilməsi idi. Silahlar susub, amma informasiya cəbhəsində bizim sakit və soyuq mübarizəmiz davam edir.

Ölkə başçısının tədbirlərində Azərbaycan mediasının təmini və Prezidentin səfərlərinin çox keyfiyyətlə yayılması müsbət haldır. Dünən 28 may Müstəqillik Günü ilə bağlı APA TV də Qarabağda idi. Hər kəs də sərbəst şəkildə çəkiliş edə bilirdi, canlı yayım təmin olundu. Bu, bizim üçün vacibdir, çünki illərlə bunun həsrətində olmuşuq. Azərbaycan mediası dünyada nadir medialardandır ki, hazırda içində olduğumuz 3-cü dünya müharibəsinin savaş tərəflərinin hamısına bərabər yer verə bilirik. Tərəflərin rəyini də ala bilirik. Buna görə bizlərə xarici diplomatlar öz təşəkkürlərini bildiriblər ki, Azərbaycan mediası qlobal məsələlərə obyektiv yanaşa bilir.

Bir neçə ay öncə COP29 tədbirinə ev sahibliyi etdik və jurnalist olaraq hamımız orada olduq. Gördük ki, bu tədbirdə Azərbaycan sadəcə, təşkilatçı və ev sahibidir. Amma tədbir BMT çətiri altında keçirilirdi. Lakin Azərbaycana münasibətini başqa cür ifadə edə bilməyən bəzi ölkələrin mediası bu tədbiri boykot edir və ya tədbirdə öz ölkə nümayəndələrinin çıxışlarını vermirdilər. Yalnız mənfi nələrsə axtarırdılar. Beynəlxalq tədbirlərdə yerli medianın inkişafı mediamızı çox peşəkarlaşdırır. Şuşa Beynəlxalq Formunu da qeyd etmək istərdim. Yeganə peşə sahibləriyik ki, ölkənin prezidenti tədbirimizə gəlir, peşə günümüzdə iştirak edir və həmin gün saatlarla dünya və yerli medianın suallarını cavablandırır. Bunların hamısı dəyərləndirilməlidir.

Zaira Akifqızı

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:27
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 May 2025 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nazirliyin qərarı narazılıq yaratdı: Lisey və gimnaziyalara qəbul niyə dayandırılıb?

28 May 2025 18:46see165

Polşada Çelsi və Betis klublarının azarkeşləri arasında dava düşdü

28 May 2025 14:22see131

Laçın hava limanı hansı üstünlükləri vəd edir? AÇIQLAMA

28 May 2025 13:32see129

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see124

“Mançester Yunayted” ASEAN ulduzlarına məğlub OLDU

28 May 2025 20:04see118

Təhsil sisteminə etimad zədələndi

28 May 2025 13:19see117

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

29 May 2025 17:36see117

Şəfa dan 5 transfer: Millimizə dəvət edildi, bu klubla anlaşdı

28 May 2025 14:25see117

İtalyan mafiyası düşmənçilikdən əməkdaşlığa keçir..?

29 May 2025 00:25see116

Zəngəzurda sürpriz ölkə peyda oldu İrəvandan dostlarına xəyanət

28 May 2025 14:10see116

Dünyanın ən varlı ölkələri: Yalnız gəlir deyil, gələcək baxışı da ön plandadır (SİYAHI)

28 May 2025 13:29see116

Tramp Harvarddan buna görə qisas alır: OĞLUNU...

28 May 2025 12:46see115

İkardinin sevgilisi Türkiyədən təkliflər alıb

28 May 2025 13:18see115

Çaki öldü

29 May 2025 00:07see114

BMT Baş katibi: Azərbaycan xalqına ən xoş arzularımı çatdırmaqdan məmnunam

28 May 2025 23:31see114

Ukrayna Prezidenti ABŞ ı Rusiyaya qarşı yeni sanksiya tətbiqinə çağırıb

28 May 2025 12:17see114

Ətirşahdan Qurban bayramına özəl MÖHTƏŞƏM KAMPANİYA!

28 May 2025 12:49see113

Azərbaycanlılar Rusiyanın bu bölgəsində işləyə bilməyəcək QADAĞA

28 May 2025 13:46see113

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see113

Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra bölgədə ciddi inkişaf qeydə alınıb

28 May 2025 14:27see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri