Icma.az
close
up
RU
Menu

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Evinin sökülməməsi üçün altından yol çəkdi

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Silahlı deputatlar: Tapança gəzdirənlər KİMLƏRDİ...

Silahlı deputatlar: Tapança gəzdirənlər KİMLƏRDİ...

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Milli Məclisin deputatının statusu haqqında” Qanunda qeyd edilib ki, deputatın təhlükəsizliyini təmin etmək məqsədi ilə ona Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xidməti silah verilə bilər.

"Maddə 12-1. Deputatın təhlükəsizliyi

Deputatın təhlükəsizliyini təmin etmək məqsədi ilə ona Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xidməti silah verilə bilər. Deputatın öz səlahiyyətlərini icra etdiyi bütün müddət ərzində qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda xidməti silahı saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ vardır, zəruri hallarda onun təhlükəsizliyi təmin edilir".

Qanuna görə, deputatlar xidməti silah almaq üçün əvvəl Daxili İşlər Nazirliyinə (DİN) müraciət etməlidirlər. Burada müraciətinə müsbət cavab verilən deputat daha sonra xidməti silah - tapança ala bilər. Deputata silahla birgə 16 nömrələnmiş patron da verilir. Silah gəzdirmək istəyən millət vəkili öncə onunla davranma qaydalarını bilməlidir. Bunun üçün həmin deputat DİN-in müvafiq qurumuna dəvət olunuraq təlimatlandırılır. DİN silah almaq istəyən deputatın sağlıq durumunu da nəzərə almalıdır.

Onu da qeyd edək ki, qanunda deputatlara iclas zalına silahla daxil olmaq qadağan edilib. Milli Məclisin üzvü iclas zalına daxil olmazdan öncə silahını nəzarətçiyə təhvil verməlidir.

Maraqlıdır ki, VII çağırış Milli Məclisdən kimlər bu hüquqlarından istifadə ediblər? Hazırda silah gəzdirən deputatlar varmı?
 

Modern.az saytı bu sualla bəzi deputatlara müraciət edib.


Milli Məlcisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bildirib ki, qanunun bu müddəası  praktikada işlək deyil:

"Təbii ki, bu məsələ qanunvericilikdə nəzərdə tutulub, amma praktikada bu elə də çox işlək müddəa deyil. Bu müddəa çox zərurət və ehtiyac olanda həyata keçirilir. Görünür buna zərurət yoxdur. Bir çox hallarda müraciət olmayanda deputata silahın verilməsi gündəmə gəlmir. Bizim mühafizəmiz dövlət tərəfindən təmin edildiyinə görə buna ehtiyac qalmır. Kimsə belə bir tələblə çıxış etsə, məsələ ətrafında müvafiq qərarlar vermək mümkün ola bilər".

Fazil Mustafa deyib ki, 2023-cü ildə o, şəxsən terrora məruz qalsa belə, silah əldə etmək üçün müraciət etməyə ehtiyac duymayıb:

"Konkret olaraq bizim kimi terrora məruz qalmış insanlar hansısa formada müvafiq quruma müraciət edə bilərlər. Amma biz buna ehtiyac duymadıq. Məni dövlət qoruyursa, silahla bağlı müraciət etməyimə xüsusi ehtiyac qalmır".


Aqil Abbas parlamentarların silah gəzdirməsinin əleyhinə olduğunu deyib:

"Deputatın başqası ilə fərqi nədir ki, dövlət, Daxili İşlər Nazirliyi onu qoruyursa, özü də silah gəzdirsin?!".


Milli Məclisin xanım deputatı Məlahət İbrahimqızı da silah üçün müraciət etməyib.
 

Sahib Alıyev isə sorğumuza belə cavab verib:

"Hər bir Azərbaycan vətəndaşı kimi, bizim də təhlükəsizliyimizi Azərbaycan dövləti təmin edir. Ona görə də əlavə olaraq üstümdə silah gəzdirməyi düşünmürəm".
 

Əziz Ələkbərli indiyə kimi belə bir müraciət üçün ehtiyac olmadığını, bundan sonra da olmayacağını deyib:

"Bəli, "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Qanunda belə bir maddə var. Deputatın təhlükəsizliyini təmin etmək məqsədi ilə ona xidməti silah verilə bilər. Lakin mən bu hüququmdan istifadə etməyə cəhd göstərməmişəm, yəni silahla bağlı müraciət etməmişəm. İndiyə kimi buna ehtiyac görməmişəm. Yəqin bundan sonra da ehtiyac görməyəcəm. Çünki Azərbaycan hər bir vətəndaşın təhlükəsizliyinin müvafiq qurumlar tərəfindən kifayət qədər qorunduğu bir ölkədir".


Parlamentdə ilk dəfə təmsil olunan deputat Azər Allahverənov da belə bir müraciətlə çıxış etməyib.

"Xeyr, mən belə bir müraciət etməmişəm. Bu gün belə bir ehtiyac yoxdur, çünki hər hansı potensial təhlükə görmürəm. Hüquqi nöqteyi-nəzərdən qanun bizə bu imkanı verir. İstənilən halda hər hansı təhlükə hiss etmiş olarıqsa, təbii ki, aidiyyəti orqanlara öz müraciətlərimizi edəcəyik. Haqqımızda hansı təhlükəsizlik tədbirləri görülməlidirsə, ediləcək. Şəxsi silah daşımaq üçün səbəb görmürəm".
 

Milli Məclisin digər yeni deputatı Göydəniz Qəhrəmanov sualımıza belə cavab verib: 

"Xeyr, silah üçün müraciət etməmişəm. Azərbaycan dünyada ən təhlükəsiz ölkələrdən biridir".


Deputat Zaur Şükürovun sorğuya cavabı belə olub:

"Etiraf etməliyik, Azərbaycan hazırda dünyanın ən təhlükəsiz ölkələrindən biridir. Hətta torpaqlarımız Ermənistanın işğalı altında olduğu dönəmdə belə, ölkəmizin ev sahibliyi ilə baş tutan çoxsaylı beynəlxalq tədbirlərdə bir çox ölkələri və beynəlxalq təşkilatları təmsil edən nümayəndələrin iştirak etməsi bunu bir daha təsdiq edir. Xüsusilə də, Prezident İlham Əliyevin mükəmməl liderliyi, sərkərdəliyi, şəhidlərimiz, qazilərimiz, əsgər və zabitlərimizin misilsiz qəhrəmanlığı sayəsində torpaqlarımız işğaldan azad edildikdən sonra Vətənimiz dinamik şəkildə, hərtərəfli inkişaf yolunu davam etdirərək, regionda təhlükəsizlik adasına çevrilmişdir.

Bu baxımdan, xidməti silah daşımağa zərurət görmürəm.

Unutmamalıyıq ki, dövlətimizin, xalqımızın təhlükəsizliyinin, ölkədə asayişin qorunmasında təhlükəsizlik və hüquq-mühafizə orqanlarımızın xidmətləri əvəzsisdir və bu şərəfli fəaliyyətlərində onlara uğurlar arzulayıram".


Deputat Günay Ağamalı:

"Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli və uzaqgörən təhlükəsizlik siyasəti nəticəsində ölkəmiz bu gün regionun və dünyanın ən sabit və təhlükəsiz məkanlarından birinə çevrilib.

Əldə olunan sabitlik hüquq-mühafizə orqanlarının səmərəli fəaliyyəti ilə birbaşa bağlıdır. Ölkə daxilində ictimai asayişin qorunması, vətəndaşların təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlər vətəndaşlarımızın təhlükəsizliyinə əsaslı təminat yaradır.

Bu baxımdan ölkəmizdə təhlükəsizlik və sabitlik yüksək səviyyədə qorunduğundan xidməti silahın verilməsi ilə  bağlı müraciətə ehtiyac duymuram".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 İyun 2025 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see344

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see337

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see336

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see285

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see273

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see266

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see263

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see263

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see236

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see233

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see225

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see222

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see218

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see217

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see214

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see206

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see198

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see192

Evinin sökülməməsi üçün altından yol çəkdi

19 Noyabr 2026 01:37see173

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri