Icma.az
close
up
RU
Silahlı Qüvvələr Günü Varşavada qeyd olunub

Silahlı Qüvvələr Günü Varşavada qeyd olunub

Icma.az bildirir, Azertag portalına istinadən.

Vyana, 26 iyun, AZƏRTAC

Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı ilə Varşavada Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 107-ci ildönümü münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Polşa-Azərbaycan parlament qrupunun sədri və üzvləri, xarici işlər və milli müdafiə nazirliklərinin əməkdaşları, Varşavanın Cənubi Praqa rayonunun merinin müavini və əməkdaşları, Hüquq və Ədalət Partiyasının təmsilçiləri, Müsəlman Dini Birliyinin nümayəndələri, yerli ziyalılar, Azərbaycan icmasının üzvləri və səfirliyin əməkdaşları iştirak ediblər.

Tədbirin təqdimatında Silahlı Qüvvələr Gününün tarixindən bəhs olunub, müasir Azərbaycan ordusunun formalaşması və inkişafında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və Prezident İlham Əliyevin rolu vurğulanıb. Silahlı Qüvvələr Gününün Azərbaycanda genişmiqyaslı ictimai tədbirlər, o cümlədən hərbi paradlar, açıq səma altında şənliklər, mədəni-kütləvi tədbirlər, konsertlər, şəhid olmuş əsgərlərin abidələri önünə əklil qoyma mərasimləri ilə qeyd olunduğu bildirilib.

Səfir Nərgiz Qurbanova çıxışında Azərbaycan Ordusunun yaranması tarixindən bəhs edib, 1998-ci ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 26 iyun tarixini Silahlı Qüvvələr Günü elan etdiyini diqqətə çatdırıb. Ümummilli Liderin peşəkar, bacarıqlı və strateji yönümlü Azərbaycan Ordusunun formalaşmasındakı mühüm rolu, xüsusilə “Cəmşid Naxçıvanski adına Hərbi Məktəbi”n əsasının qoyulması, müstəqillik illərində xüsusi təyinatlıların yaradılması, hərbi təhsildə islahatların aparılması və müdafiənin modernləşdirilməsi haqqında məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin misilsiz səyləri və strateji qərarları nəticəsində silahlı qüvvələrimiz daha da möhkəmlənməsi, müasir və ən güclü ordulardan biri olması vurğulanıb. Səfir Azərbaycan xalqının 30 illik həsrətinə son qoyulması, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsində Müzəffər Ali Baş Komandanın azad iradəsini və rəşadətli Azərbaycan Ordusunun şücaətini ayrıca qeyd edib. Bildirilib ki, Azərbaycan xalqı və ordusunun əzmi, birliyi, gücü nəinki öz əzəli torpaqlarımıza Zəfər bayrağı ilə qayıtmağımızı təmin edib, eyni zamanda bölgədə sülh, sabitlik, təhlükəsizlik və regional əməkdaşlıq üçün unikal imkanlar yaradıb.

1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) ordusunda xidmət etmiş digər polyak zabitlərdən söhbət açan səfir onların həm döyüş əməliyyatlarına, həm də hərbi maddi-texniki təchizata, habelə Bakıda artilleriya mərmiləri istehsal edən müəssisənin yaradılmasına töhfələrini qeyd edib. Onların bolşevik qüvvələrinə qarşı Gəncə silahlı üsyanında və Azərbaycanın digər ərazilərində gedən döyüşlərdə igidliklə vuruşaraq gənc respublikanı müdafiə etdikləri qeyd olunub.

Səfirin ardınca Varşavanın Praqa-Poludne rayonunun merinin müavini Bojena Pşıbışevska çıxış edərək Azərbaycan ilə Polşa arasındakı hazırkı əlaqələrə diqqət yetirib, ölkəmizin Ukraynaya humanitar yardımlar göstərməsini və Avropanın enerji təhlükəsizliyindəki rolunu qeyd edib.

Polşa-Azərbaycan parlament qrupunun sədri Pşemıslav Vitek çıxışında Silahlı Qüvvələri Gününün Azərbaycan xalqı üçün önəminə diqqət yetirib və otaq qəhrəmanlarımızın tarixini rolunu vurğulayıb.

Hüquq və Ədalət Partiyasının Parlament qrupunun vitse-prezidenti və katibi Barbara Bartuş isə Polşa ilə Azərbaycan arasında dostluğun çox dərin və ortaq münasibəti nümayiş etdirdiyini qeyd edib. O, ölkələrimizin müstəqilliyi və suverenliyi üçün vətəndaşların canlarını qurban verməkdən çəkinmədiklərinə diqqət yetirərək birgə qəhrəmanlarımıza ehtiramını ifadə edib.

Rəsmi çıxışların ardınca Varşava qarnizonunun müşayiətində Azərbaycanın Polşadakı səfirliyi, Praqa-Połudne rayonun meriyası, Polşa-Azərbaycan parlament qrupu, Hüquq və Ədalət Partiyasının Parlament Qrupu, Polşa Respublikasının Müsəlman Dini Birliyi, Milli Xatirə İnstitutu, Polşa Tatar İttifaqı və s. adından Yuzef Polinski parkında azərbaycanlı polkovnik Vəli bəy Yadigar və general Maçey Sulkeviçin xatirəsinə ucaldılmış abidənin önünə əklil və gül dəstələri qoyulub.

Tədbir çərçivəsində “İRS” jurnalının Azərbaycan maddi-mədəni irsi, qədim tarixi, müasir inkişafı, ədəbiyyatı, azad edilmiş ərazilərdəki quruculuq işləri, turizm imkanlarına həsr olunmuş ingilisdilli buraxılışları qonaqların diqqətinə təqdim olunub.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 İyun 2025 06:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see328

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see288

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see274

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see272

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see266

Trampın İranla bağlı çağırışının arxasında nə dayanır? AÇIQLAMA

26 Avqust 2026 11:30see262

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see258

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see243

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see241

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see237

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see233

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see230

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see228

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see227

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see220

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see215

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see215

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see185

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see180

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri