Silahlı Qüvvələr Gününə həsr olunmuş ciu citsu üzrə turnir keçirilib
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 1 iyul, AZƏRTAC
Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə Silahlı Qüvvələr Gününə həsr olunmuş turnir keçirilib.
AZƏRTAC xəbər verir ki, turnirdə Braziliya ciu-citsu döyüş sənətinin Gi və No-Gi versiyaları üzrə müxtəlif yaş qrupları və çəki dərəcələrində yarışlar təşkil olunub.
Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin yad edilməsinin ardınca turnirə start verilib.
İctimai Birliyin prezidenti Aqil Acalov Zəfər tariximizin daim yeni uğurlara ilhamlandırdığını bildirib. O, hər bir Azərbaycan gəncinə fəaliyyət göstərdiyi sahələrdə uğurlar arzulayıb.
İctimai Birliyin təsisçisi Taleh Həsənov da idmançıların hər birinin fərd olaraq Azərbaycanın idman sahəsindəki rolunun vacibliyini, onların sağlam bədəndə, sağlam ruhda yetişmələri üçün fəaliyyətin müstəsna əhəmiyyətini vurğulayıb.
Birliyin sədr müavini Anar Səfərov keçirilən silsilə tədbirlərin məqsədindən söz açıb, iştirakçılara uğurlar arzulayıb.
Turnirin sonunda idmançılar diplom və medallarla təltif olunublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 01 İyul 2025 10:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















