Icma.az
close
up
RU
Silahlı Qüvvələrin modernləşdirilməsi dövlət siyasətinin strateji istiqamətlərindəndir

Silahlı Qüvvələrin modernləşdirilməsi dövlət siyasətinin strateji istiqamətlərindəndir

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Elmin Məmmədov,

YAP Ağdam rayon təşkilatının əməkdaşı

Ölkəmizdə müasir ordu quruculuğunun əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Azərbaycanın dövlət siyasətinin strateji istiqamətlərindən biri olan ordu quruculu daim ölkə rəhbərliyinin diqqət mərkəzində olmuşdur.

Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və qətiyyəti sayəsində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin modernləşdirilməsi, yeni müasir hərbi infrastrukturların inşası, müasir texnologiyalara əsaslanan silahlarla təhciz olunması, hərbiçilərimizin sosial-məişət şəraitinin yaxşılaşdırıması və bu kimi bəzi istiqamətlərdə mühüm işlər görülmüş, nailiyyətlər əldə olunmuşdur. Məhz bu diqqət və qayğının məntiqi nəticəsi olaraq şanlı Azərbaycan ordusu Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən Müharibəsində düşmənə sarsıdıcı zərbələr vuraraq torpaqlarımızı işğaldan azad etdi.

Müharibədən sonrakı dönəmlərdə ölkə Prezidenti cənab İlham Əliyevin xüsusi tapşırığı əsasında yaradılan “Komando” hərbi birliklərinin yaradılması və təkminləşdirilməsi işləri bu gündə uğurla davam etdirilməkdədir.

Eyni zamanda ölkəmizin beynəlxalq hərbi əlaqələrində Türkiyə, Rusiya, Pakistan, İsrail dövlətləri, NATO bloku ilə əməkdaşlıq xüsusi çəkiyə malikdir.

Həmçinin Azərbaycan NATO ilə əməkdaşlığı çərçivəsində beynəlxalq sülhün və təhlükəsizliyin bərqərar olunmasına da töhfə verir. Bu istiqamətdə sülhməramlı əməliyyatlarda Azərbaycanlı hərbçilərin təmsil olunması xüsusilə qeyd edilməlidir. Qeyd etmək lazımdır ki, Azərbaycan Ordusunun sülhməramlı kontingenti 1999-cu ildən etibarən sülhməramlı əməliyyatlarda iştirak edir.

10 dekabr 2020-ci il tarixdə keçirilən Azərbaycan Ordusunun Zəfər paradında ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev bununla bağlı deyib: "Bu zəfər tarixi zəfərdir. Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Mən dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki, biz daha güclü olmalıyıq və nəyi nə vaxt, necə etmək lazımdır, biz bilirik. Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir dəmir yumruq yaradıb düşmənin başını əzdik. Müharibə dövründə mən deyirdim ki, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi".

44 gün ərzində həyata keçirilən hərbi əməliyyatlar dövlətimizin tarixində, eyni zamanda hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq, heç vaxt unudulmayacaq ən parlaq səhifə kimi öz əksini tapacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 21 İyun 2025 20:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see155

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see132

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see132

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see131

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see130

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see127

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri