Icma.az
close
up
RU
Silvestr Stallone 80 yaşında: qolf oynayır, rəsm çəkir və təqaüdə çıxmaq barədə düşünmür

Silvestr Stallone 80 yaşında: qolf oynayır, rəsm çəkir və təqaüdə çıxmaq barədə düşünmür

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İyulun 6-da 80 yaşı tamam olan Hollivud ulduzu Silvestr Stallone aktiv həyat tərzi ilə diqqət çəkir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, aktyor həm yeni film layihələrində çəkilir, həm də sevimli məşğuliyyətlərindən əl çəkmir. O, hələ də müntəzəm olaraq qolf oynayır və rəsm çəkməyə vaxt ayırır.

"80 yaşında Stallonenin əsas marağı rəssamlıqdır. Evində möhtəşəm emalatxanası var və rəsm çəkmək onun həyatının ayrılmaz hissəsidir. Hər hansı obrazı canlandırmazdan əvvəl əvvəlcə onun eskizini hazırlayır. Yanvar ayında əsərlərindən ibarət böyük retrospektiv sərgi keçirildi. Rəssamlıq onun 11 yaşından bəri ən böyük sevgisidir", –  mənbə bildirir.

Bütün bunlarla yanaşı, aktyor ailəsinə olan bağlılığı ilə də seçilir. Mənbə bildirir ki, Silvestr Stallone həyatını ailəsinə həsr edib. O, yay aylarını həyat yoldaşı Cennifer Flavin və qızları – 30 yaşlı Sofiya, 28 yaşlı Sistin və 24 yaşlı Skarletlə birlikdə 2024-cü ildə aldığı İst-Həmptondakı evində keçirir. Hazırda onların hər üç qızı influenser kimi fəaliyyət göstərir, eyni zamanda birlikdə "Unwaxed" adlı podkast aparırlar. 

ABŞ prezidenti Donald Trampın uzun illərdir tərəfdarı olan aktyor tez-tez "Palm Beach"də yerləşən məşhur "Le Bilboquet" restoranında və bəzən də "Mar-a-Lago" klubunda da görünür.

Silvestr Stallonenin şöhrət yolu 1976-cı ildə ssenarisini yazdığı və baş rolda çəkildiyi "Rocky" filmi ilə başlayıb. "Oskar" mükafatı qazanan bu ekran əsərindən sonra "Rambo silsiləsi" aktyoru dünya miqyasında məşhurlaşdırıb. Son illərdə Stallone televiziya ekranlarına da uğurla qayıdıb. O, Teylor Şeridanın "Tulsa King" serialında mafiya başçısı obrazını canlandırır. Məlumata görə, Paramount+ platformasında yayımlanan serialın dördüncü mövsümü bu ilin payızında təqdim olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://lent.az
archiveBu xəbər 08 İyul 2026 19:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see362

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see361

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see353

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see347

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see340

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see330

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see325

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see313

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see312

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see309

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see299

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see297

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see292

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see277

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see267

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see258

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see244

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see201

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri