SİMA İmza Elektron ipoteka və kredit zəmanət sisteminə inteqrasiya edilib
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
SİMA yeni nəsil rəqəmsal imzanın "Elektron ipoteka və kredit zəmanət" sisteminə inteqrasiyası təmin olunub.
525.az bu barədə İpoteka və Kredit Zəmanət Fonduna (İKZF) istinadən xəbər verir.
Məlumata görə, "Elektron ipoteka və kredit zəmanət" sistemində digər elektron imza vasitələri ilə yanaşı ("ASAN İmza", "SİMA Token" (elektron imza), BSXM imza) "SİMA İmza" rəqəmsal imzanın da tətbiq edilməsi vətəndaşlar üçün vaxt və maliyyə itkilərinin qarşısının alınmasına, göstərilən xidmətlərin səmərəliliyinin artırılmasına səbəb olacaqdır.
Qeyd edək ki, sözügedən yenilik İpoteka və Kredit Zəmanət Fondunun "AzInTelecom" MMC ilə birgə əməkdaşlığı çərçivəsində həyata keçirilib. İstifadəçilər mobil tətbiqi vasitəsilə əldə edilən yeni nəsil rəqəmsal imzadan ödənişsiz istifadə edə biləcəklər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 04 Fevral 2026 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















