Icma.az
close
up
RU
Şimal Cəbhəsində Yeni Gərginlik Ağar şərh edir

Şimal Cəbhəsində Yeni Gərginlik Ağar şərh edir

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyəli təhlükəsizlik eksperti Abdullah Ağar Gununsesi.info-ya açıqlamasında bölgədə baş verənləri şərh edib.

İraqln  şimalında Türkiyə bağlantılı Sibernetik Zəlzələ:
Terror – “Terrorsuz Türkiyə” prosesi – Aşirət – Vəkil güclər – Enerji və Cio/Teo gərginlik fonunda 6 ağrılı gün

Türkiyədə “terrorsuz dövr”ə keçid prosesi…

İran–İsrail/ABŞ qarşıdurmasının İraqın şimalına daşınması,

İraqın şimalındakı Khor Mor qaz sahəsinə hücumlar,

Peşmərgə–Herki aşirəti arasında ağır toqquşmalar,

Barzaninin Türkiyənin sinir uclarını yoxlayan silahlı Peşmərgə nümayişi,

Terrorun həm Kandil, həm də Suriya qollarından gələn açıqlamalar.

Bütün bunları necə oxumalıyıq?

Xəbərdarlıq və Niyyət

Bu analizi “səs-küyü ayırıb” real mənzərəni görmək istəyənlər üçün hazırladım. Altı gün çəkdi. Çətin, ağır və çoxqatlı bir iş idi, amma dəyərdi. Ümid edirəm ki, oxuyan hər kəsin həm baxış bucağını genişləndirəcək, həm də strateji oxu qabiliyyətini gücləndirəcək.

Əvvəlcə hadisələri xatırlayaq

26–29 noyabr 2025: İraqın şimalı, Süleymaniyə–Çəmçemal bölgəsində Khor Mor qaz sahəsinə dron/rokет hücumları.

27–30 noyabr – 1 dekabr 2025: Ərbil/Bradost xəttində Herki aşirəti ilə KDP/Peşmərgə qüvvələri arasında ağır qarşıdurma.

30 noyabr – 1 dekabr 2025: Məsud Barzaninin Cizrə səfəri və konfransı; uzun lüləli Peşmərgə şousu! Məqsəd nə idi, mesaj kimə idi?

29–30 noyabr 2025: PKK-nın “Üçlü Məhdər Bildirişi”: Bese–Serda–Malazgirt. Daha sonra (6 dekabr 2025) bu koro Suriya qolu – Ronahı kod adlı İlham Əhmədlə genişləndi.

Əsas qənaətim: Bu günlərdə bölgədə baş verənlər təsadüfi, bir-birindən ayrı və lokal proseslər deyil. Eyni şəbəkənin müxtəlif düyünlərində sinxron şəkildə hərəkətlənmələrdir. Hər biri digərlərinin yaratdığı boşluğu dolduraraq qarşılıqlı tetiklenmə yaratdı.

26–29 noyabr 2025 tarixlərində Khor Mor qaz sahəsi və əlaqəli infrastruktura dron/roket hücumları edildi.
Nəticələr:

istehsal dayandı,

bölgənin 80%-də genişmiqyaslı elektrik kəsintiləri baş verdi,

böyük yanğın qeydə alındı.

Hücumun kim tərəfindən edildiyi hələ də tam aydın deyil:

İŞİD?

PKK?

Həşdi Şabi/şiə milisləri?

Kürd silahlı qrupları və ya aşirətləri?

Yoxsa sonda KDP-nin HSS tələbinə qədər gedib çıxan “saxta bayraq” əməliyyatı?

Bağdadın üç gün əvvəl məlumatı sızdırılan hesabatına görə, hücumun Tuzhurmatu-nun şərq bölgəsindən Grad raketləri ilə edildiyi göstərilir. O ərazidə həm İŞİD, həm də PKK mövcudluğunun olduğu hamıya məlumdur. Bu mühüm ipucudur.

Amma mən bu hücumu yalnız “kim etdi?” sualı ilə dəyərləndirməyin doğru olmadığını düşünürəm. Daha vacib suallar bunlardır:

Bu mühit necə yarandı və ya yaradıldı?

Kim bu vəziyyətdən necə faydalanır?

Kim hansı mesajı verir və kim alır?

Khor Mor-a hücum — KDP–BAE–ABŞ üçlüsünün (gələcəkdə Türkiyənin də daxil ola biləcəyi) enerji memarlığına atılmış dinamittir.

KDP üçün bu həm strateji onurğasına, həm də regional nüfuzuna yönəlmiş zərbədir. Bu enerji qalxanı qırılsa, KDP-nin bölgədəki çəkisi azalacaq. Bu obyektlərin hədəf alınması isə:

KDP-nin daxili legitimliyini,

xaricə yönəlik enerji layihələrindəki güc proyeksiyasını zəiflətməyə hesablanmış “şərtləndirmə əməliyyatı”dır.

Aktorların baxışı:

İran:

İraqın Tehrandan enerji asılılığını itirməsini istəmir,

Türkiyə–KDP–BAE–ABŞ qaz koridorunun qurulmasını qəbul etmir,

KDP-nin güclənməsi, KYB-nin zəifləməsi Tehran üçün arzuolunan deyil,

ABŞ–İsrail–BAE xəttinin bölgədə enerji dayaq nöqtələri yaratmasını istəmir.

PKK:

Regional enerji xətlərini vurmaqla öz mövqeyini yüksəltməyə çalışır,

KDP-nin “dövlətləşmə/çevrə genişlənməsi” ambisiyasına zərbə vurur,

KDP-nin təhlükəsizlik etibarlılığını zəiflətməyə yönəlir,

İraq və Suriyada dominant güc olduğunu göstərmək istəyir.

KYB / Talabani:

Enerji bölgüsündə geri itələnməkdən,

Bağdad daxil regional hakimiyyət imkanlarının azalmasından,

Öz təsir zonasında əriyib zəifləməkdən narahatdır.

Sahte bayraq ehtimalı:
İraq üçün həmişə masa üstündədir. Çünki:

asimmetriya,

enerji maraqları,

aşirətlər,

məzhəb xətti,

tarikatlar,

terror qrupları,

kəşfiyyat oyunları

bir-birinə keçmiş vəziyyətdədir.

Burası İraqdır — “bəled əl-nifaq və şiqaq”: bölünmənin, fitnənin, ikiüzlülüyün torpağı. Burada hər şey mümkündür.

Grad raketləri ilə hücumdan sonra, qəribə şəkildə, yerli rəhbərliyin İraqın suverenliyinə rəğmən HSS (hava sədd sistemi) tələbini artırması da bu ehtimali yada saldı.

Ayşən

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 09 Dekabr 2025 23:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see416

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see403

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see386

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see368

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see255

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see254

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see249

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see242

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see238

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see232

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see223

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see216

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see209

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see203

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see187

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see184

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see180

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see174

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see174

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri