Şimal qərb bölgəsində buraxılış siniflərini 14 mindən çox şagird bitirir
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Şəki, 9 iyun, AZƏRTAC
2025-2026-ci tədris ilində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin I siniflərini 6841 nəfər, IX siniflərini 8076 nəfər, XI siniflərini 6167 nəfər şagird bitirir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional Təhsil İdarəsinin məsul əməkdaşı Mahal Məmmədov məlumat verib.
Bildirilib ki, cari tədris ilində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində 86 min 434 şagird təhsil alıb. Məktəblərdə, ümumilikdə 10 min 395 müəllim fəaliyyət göstərib. Tədris ilində Regional Təhsil İdarəsinin tabeliyində 353 ümumtəhsil, 204 məktəbəqədər və 12 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərib.
Müxbir – Mustafa Dadaşov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 09 İyun 2026 19:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















