Şimali Kipr Türk Respublikasında prezident seçkisi keçirilir
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
Şimali Kipr Türk Respublikasında (ŞKTR) sayca doqquzuncu prezident seçkisinin birinci turunda səsvermə başlayıb.
Oxu.Az bu barədə "Anadolu" agentliyinə istinadən xəbər verir.
Seçkidə qələbə çalmaq üçün namizəd səslərin mütləq çoxluğunu - 50%-dən çoxunu əldə etməlidir.
Əgər birinci turda heç bir namizəd lazımi səs sayını toplaya bilməsə, səsvermə nəticələrinə görə iki lider bir həftə sonra keçiriləcək ikinci tura çıxacaq.
İkinci turda ən çox səs toplayan namizəd prezident vəzifəsini tutmaq hüququ qazanacaq.
Seçkidə beşi müstəqil olmaqla yeddi namizəd iştirak edir. Onlar Osman Zorba (Kipr Sosialist Partiyası), Tufan Erhürman (Respublikaçı Türk Partiyası), Arif Salih Kırdağ (müstəqil), Ahmet Boran (müstəqil), Mehmet Hasgüler (müstəqil), İbrahim Yazıcı (müstəqil), Hüseyin Gürlek (müstəqil), hazırkı Prezident Ersin Tatardır (müstəqil).
Hüseyn Gürlek seçkidən bir gün əvvəl Ersin Tatarın lehinə yarışdan çəkildiyini açıqlamışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 19 Oktyabr 2025 12:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















