Şimali Koreya ballistik raketlər buraxdı
Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Koreya Xalq Demokratik Respublikası (KXDR) aprelin 19-da səhər saatlarında şərq istiqamətində bir neçə ballistik raket buraxıb.
"Unikal" xəbər verir ki, bu barədə Yonhap agentliyi Cənubi Koreya silahlı qüvvələrinin baş qərargahına istinadla məlumat yayıb. Raketlərin yerli vaxtla səhər saat 6:10-da (Bakı vaxtı ilə 2:10) Sinpho regionundan buraxıldığı bildirilir. Raket buraxılışından sonra Cənubi Koreyanın silahlı qüvvələri müşahidələrini gücləndirib.
Qeyd edək ki, Şimali Koreya bundan əvvəl sonuncu dəfə aprelin 8-də bir neçə qısamənzilli ballistit raket, ondan bir gün əvvəl isə naməlum raket buraxıb. Ertəsi günü Rəsmi Pxenyan bir neçə silah sistemini, o cümlədən kaset bombalı döyüş başlığına malik taktiki ballistik raketini sınaqdan keçirdiyini açıqlayıb.
Baxış sayı:158
Bu xəbər 19 Aprel 2026 09:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















